16.06.2021 12:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
Müharibəni maliyyələşdirmək üçün fırıldaq

 
 



Ola Política, Kolumbiya
04.06.2021


Müəllif: Roberto Trobajo Hernández

Siz gərək çox qəddar olasınız ki, şəhərdən guya ərzaq almaq məqsədilə topladığınız pulları xalqı acından öldürmək bahasına apardığınız mənasız müharibə üçün silaha xərcləyəsiniz.

Erməni qəsbkarları ölkədən kənarda yaşayan soydaşlarını guya ərzaq də ədyal üçün ianə toplamağa səsləyir, əslində isə bu pullar Ermənistan hökuməti tərəfindən qonşu Azərbaycanla vuruşmaq üçün silahlı qüvvələrə və muzdlu terrorçulara sərf olunurmuş. Mən həqiqətlərə, o cümlədən korrupsiyaya qarşı mübarizəyə sadiqəm. Bu üzdən də bildirirəm ki, dünyadakı səkkiz milyondan çox erməni Ermənistan hökuməti və erməni diasporunun “lider”ləri tərəfindən aldadılır. Ötən qış 73 ölkədə toplanmış 170 milyon dollardan çox vəsaitə rəğmən, onlar yenə pul istəyirlər! Fırıldaq!

Ermənistanda artan yoxsulluq üzündən çoxları daha yaxşı həyat axtarışı ilə mühacirət etməli olur. Dünyanın müxtəlif ölkələrində yaşayan səkkiz milyon erməni vətəndə qalan və vəziyyəti gündən-günə pisləşən 3 milyon soydaşı üçün narahatdır. Belə bir vəziyyətdə Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edərək, qondarma “Artsax Respublikası” yaratmaq eşqinə düşmüşdü. Dünyada heç kim tərəfindən tanınmayan bu oyuncaq “dövlət”də yaşayan yüzlərlə erməni həmin torpaqların minillərdən bəri tarixi sahibi olan bir milyon azərbaycanlını oradan qovmuşdu.

30 illik erməni işğalı dövründə Azərbaycana qarşı təxribatlar o qədər şiddətləndi ki, ötən ilin sentyabrında azərbaycanlılar özlərini qorumağa, döyüşməyə məcbur oldular. Nəticədə onlar erməni əsgərlərini məğlub edə, Qarabağ bölgəsi və ona bitişik 7 rayonu öz nəzarətlərinə qaytara bildilər.

Ermənistanın Azərbaycana qarşı başlatdığı 44 günlük müharibə (27 sentyabr - 10 noyabr 2020-ci il) ermənilərin məğlubiyyəti, təslim olması ilə nəticələnib. Bu qanlı müharibə zamanı Ermənistan hökuməti yenə də “erməni diaspor liderləri” ilə birlikdə xaricdə yaşayan milyonlarla erməninin hissləri ilə oynayıb, onlardan pul toplamaq üçün beynəlxalq kampaniya təşkil edib.  ABŞ-dakı “Hayastan” ümumerməni fondu bütün dünya üzrə fəaliyyət göstərən erməni diaspor təşkilatlarını toplayaraq, onlara “Bizim sərhədlərimiz – hər şey Artsax üçün” şüarı ilə pul toplanmasına göstəriş vermişdi. Nəticədə 73 ölkədə yaşayan ermənilərdən düz 170 milyon dollar toplanmışdı. Lakin ermənilərin vətəndəki soydaşlarının ərzaq, isti yataq ehtiyacının qarşılanması, istilik təchizatının yaxşılaşdırılması məqsədilə verdikləri pullar sən demə, Ermənistan Silahlı Qüvvələrinin qücləndirilməsinə, qanunsuz qruplaşmalar – muzdluların və terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsinə xərclənirmiş. Təxminən 110 milyon dollar vəsait isə “müharibə məqsədli hədəflər” üçün, yəni silah alınması məqsədi ilə Ermənistanın dövlət büdcəsinə köçürülübmüş.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2020-ci ilin dövlət büdcəsi haqda hesabatını səsləndirərkən “Diaspor fondu” vasitəsilə toplanmış vəsaitin dövlət büdcəsinə köçürüldüyünü təsdiqləyib. Bu məbləğ 230 milyon dollarlıq ümumi xərclərin demək olar ki, yarısını təşkil edib.

Beləliklə, Ermənistan hökuməti ermənilərin həmvətənləri ilə həmrəylik məqsədi ilə topladıqları 170 milyon dollardan 110 milyonunu Azərbaycana qarşı müharibəni maliyyələşdirməyə xərcləyib. Yerdə qalan 60 milyon dolların taleyi məlum deyil. Görəsən heç olmasa bu məbləğ təyinatı üzrə xərclənib, yoxsa o da kimlərinsə cibinə gedib?

2018-ci ildə “Hayastan” ümumerməni fondunun keçmiş direktoru Ara Vardanyan toplanmış ianələrin şəxsi məqsədlərə sərf edilməsi səbəbidən Ermənistan polisi tərəfindən həbs olunmuşdu. Məbləğ qumarda oyunlarına qoyulubmuş…

Ümumiyyətlə, Ermənistan vətəndaşlarının diaspor liderlərinin fəaliyyətinə diqqət yetirmələri üçün səbəb çoxdur. Çünki guya humanitar məqsədlər üçün toplanılan pullardan istifadə şəffaf deyil.

Müharibə bitib. Ancaq erməni diasporu “lider”ləri pul qazanmaq üçün yalvarmağa davam edirlər. Onların ABŞ və Fransada təşkil etdikləri aksiyalarda daha 30 milyon dollar yığılıb. Ermənistanın müharibədə ciddi məğlubiyyət yaşadığını nəzərə alsaq, Yerevanın bu vəsaiti ordunun bərpasına, revanşistlərin dəstəklənməsinə xərcləyəcəyi istisna deyil.

Banklar vəsaitin mənbəyini göstərməlidir. Ermənistan hökumətinin terrorçuluğu maliyyələşdirməsinə imkan verəcək çirkli pulların yuyulmasından çəkinmək lazımdır! Onlar erməni diasporunun milyonlarla dolları kimlərin hesablarına köçürdüklərini müəyyənləşdirməli və ortaya qoymalıdırlar!

Qoy, banklar (“Chase Bank”, “Deutsche Bank”, “HSBC Bank”, “Republican Bank Armenia”, “Allianz Bank Bulgaria”, “DSK Bank Bulgaria”, “Westpack Bank”, “St George Bank”) onlara “MasterCard”, “Paypal” və VISA vasitəsilə köçürülən dollarların Berlindəki IBANDE96 100708480483381000 Deutsche Bank PGK, Berlin və Nyu-Yorkdakı JPM Chase Bank NA 001-1-010782, HSBC Bank plc № 35768988 saylı hesablara köçürülməsi kimi faktları yoxlasın. Bunlar təhlil etməli olduğunuz hesabların yalnız bəziləridir…

Banklara “Hayastan All Armenia Fundación”un da bütün hesablarını araşdırmalarını tövsiyə edirəm; sürprizlər olacaq. Ayrı-ayrı ölkələrin maliyyə tənzimləyiciləri Ermənistanın terrorçuluğun maliyyələşdirilməsi üçün çirkli pulların yuyulmasını necə həyata keçirdiyini yoxlayarsa, bu banklar ciddi problemlərlə üzləşəcəklər.

İstər vətənində yaşayan, istərsə də başqa ölkələrdə həyatını qurmağa çalışan ermənilər, təxribatçı, korrupsioner fürsətçilər üçün alətə çevrilməyin! Milyonlarla erməni COVID-19 pandemiyasının sarsıdıcı nəticələri azmış kimi, son müharibədən sonra daha ciddi çətinliklər yaşayır. Buna baxmayaraq, diaspor nümayəndələri humanitar yardım adı altında silah üçün pul toplayırsa, erməni xalqı bunu qəzəblə qarşılamalıdır. Diasporun puluna alınan silahları aclıq çəkən ermənilərin əlinə verərək, onları döyüşə göndərirlər. Ermənilər, siz hələ də qəddar diaspor rəhbərləri, hökumətin korrupsiyalaşmış nümayəndələri tərəfindən belə aldadılmağı, yaşamaqdansa silahlanaraq öldürməyə göndərilməyi özünüzə rəva görürsünüzmü?

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ola Política

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az