16.06.2021 11:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
“Ruhlar şəhəri” Ağdama yenidən həyat qayıdacaq

 
 



InsideOver, İtaliya
07.06.2021


Müəllif: Emanuel Pietrobon

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müharibə bitdikdən, atəşkəs qüvvəyə mindikdən, Bakı bu ərazilərdə öz suverenliyini bərpa etməyə başladıqdan sonra vəziyyət tədricən, lakin asta templə sabitləşməyə doğru gedir. Bu, özünü qəliz, bir o qədər də mühim olan işlərlə – ərazilərin minalardan təmizlənməsi, çox sayda yerli və əcnəbi şirkətlərin infrastrukturdan tutmuş enerji sektorunadək bir sıra sahələrə sərmayə qoymaq istəyi, müharibəsonrası bərpa planları ilə göstərir.

Azərbaycanın əsas strateji tərəfdaşlarından olan İtaliya Bakıda aprelin 13-də görkəmli italyan politoloqların da iştirakı ilə keçirilmiş beynəlxalq konfransda da qeyd edildiyi kimi, Dağlıq Qarabağın işğaldan azad olunmuş ərazilərinin bərpasında ciddi rol oynamaqdadır. Bərpa layihələr arasında bu yaxınlarda Cəbrayıl və Zəngilan rayonlarında “Made in Italy” brendi altında təqdim edilmiş “ağıllı şəhər” konsepsiyası da var.

Ermənistanla davam etməkdə olan gərginliyə baxmayaraq, tikinti və yenidənqurma işləri sürətlə davam edir. Misal kimi, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisini göstərmək olar. Bu yol Naxçıvan-Bakı əlaqələrinə təkan verəcək. Yeri gəlmişkən, bu, həm də Zəngəzur dəhlizi layihəsinin tərkib hissəsidir. Bölgədə bundan başqa da layihələr icra olunur və bu haqda yerli ictimaiyyətə mütəmadi məlumat verilir. Xronoloji ardıcıllıqla götürsək, sonuncusu yeni layihə mayın 28-də Ağdamda təqdim olunub.

Ağdam yenidən doğulur

Birinci Qarabağ müharibəsindən sonra erməni separatçılarının nəzarətində keçmiş, ötən illər ərzində yerlə-yeksan edilərək dünyanın de fakto ən böyük “ruhlar şəhəri”nə çevrilmiş, lakin artıq Azərbaycanın üzərində öz suverenliyini bərpa etdiyi Ağdama yenidən həyat qayıdır. Mayın 28-də Ağdam rayonunun yaşayışdan məhrum mərkəzində prezident İlham Əliyevin də iştirakı ilə yeni dövrün başlanğıcı elan olunub.

Çıxışına Ermənistan-Azərbaycan sərhədindəki son gərginlik (burada gərginlik hərbi əməliyyatların yenidən başlanması yox, Ermənistanın seçki ərəfəsində olması konterstində anlaşılmalıdır. Nikol Paşinyanın özü də bu yaxınlarda bəyan edib ki, 1998-99-cu illərin sülh təklifləri və 2007-ci ildə qəbul olunmuş “Madrid prinsipləri” və 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistanı bu torpaqların Azərbaycana məxsusluğunu tanımalı idi) haqda danışmaqla başlayan İlham Əliyev rayon sakinlərinə tarixi xəbər çatdırıb: uzun illər ərzində erməni ordusu tərəfindən xarabalığa çevrilmiş Ağdam (burada dağıntıların səviyyədi o həddədir ki, şəhəri Qafqazın Hiroşiması adlandırırlar) yenidənqurma planı sayəsində əvvəlki şöhrətinə qovuşacaq!

Plan

Füzuli, Cəbrayıl, Şuşa da daxil olmaqla, işğaldan azad edilmiş digər şəhərlər kimi, Ağdam da yenidən canlanacaq, müasirliyə qovuşacaq. Bu yenidənqurma 30 ildir tərk edilmiş vəziyyətdə olan rayonun artıq mövcud olan plan əsasında ən qısa zamanda dirçəldilməsinə imkan verəcək. Plan artıq Azərbaycan ictimaiyyətinə açıqlanıb.

Prezident İlham Əliyev Ağdamın bərpasə layohəsinə start verilməsi mərasimində deyib: “Biz Ağdamı yenidən elə inşa edəcəyik. O, bütün dünyaya nümunə olacaq”.

Mərasimin sonunda dövlət başçısı Ağdamda həyat, ümid rəmzi olaraq, ağac da əkib.

Yenidənqurmadan sonra məskunlaşdırma planının təfərrüatları hələ ki, açıqlanmayıb. Görünən odur ki, şəhər ətrafında müdafiə funksiyalı hərbi hissələrin tikintisi də davam edir. Ümumiyyətlə, burada işlər əvvəldən də bəyan olunduğu kimi, mərhələli şəkildə aparılır. Elə bu tədbirdən cəmi iki gün əvvək Bərdə-Ağdam avtomobil yolunun da tikintisinə başlanılıb. 44 kilometrlik yeni yol şəhərlə Azərbaycanın digər bölgələri arasında əlaqəni təmin edəcək.

İtaliya isə həmişə olduğu kimi, bu vəziyyətdə də nə edəcəyini yaxşı bilir: qarşıda yenidən qurulacaq bütöv bir şəhər, çəkiləcək asfalt yollar, yaşıllaşdırılacaq ərazilər, göstəriləcək müxtəlif xidmətlər, nəhayət, ölmüş hər şeyə can verəcək İtaliya kimi müttəfiq var.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: InsideOver

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az