16.06.2021 12:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ter-Petrosyan: “Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi sayır”
 
16.06.2021
NEWS.am, Ermənistan
 

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

 
 
Azərbaycan Avro-2020-yə hazırdır

 
 



Anadolu Ajansı, Türkiyə
11.06.2021


Müəllif: Ruslan Rəhimov

Azərbaycanda futbol üzrə Türkiyə millisinin Uels və İsveçrə yığmaları ilə mübarizə aparacağı Avro-2020-yə son hazırlıq işləri başa çatıb.

Azərbaycan paytaxt Bakıda futbol üzrə Avropa Çempionatına (Avro-2020) ev sahibliyi etməyin həyəcanı yaşanır. Bakıda keçiriləcək 4 qarşılaşmadan birincisi olan Uels-İsveçrə oyununa bir neçə gün qalmış matçın oynanacağı Bakı Olimpiya Stadionu tam hazır vəziyyətə gətirilib.

2015-ci ildə inşa edilmiş, Birinci Avropa oyunları və IV İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış mərasimlərinin, 2019-cu ildə isə UEFA Avropa Liqası finalının keçirildiyi Bakı Olimpiya Stadionunun ətrafı təhlükəsizlik və epidemioloji tədbirlər planına uyğun yenidən qurulub.

Bakıda futbol bayramı iyunun 12-də oynanacaq Uels-İsveçrə matçı ilə başlayacaq. Türkiyə millisi iyunun 16-da Uels, 20-də isə İsveçrə ilə qarşılaşacaq. Ay-ulduzlu komandanın Uels ilə keçiyəcəyi oyunu prezident Rəcəp Tayyib Ərdoğan da stadionda izləyəcək.

Azərbaycanın quru sərhədləri COVID-19 pandemiyası üzündən bağlıdır. Ölkəyə hava yolu ilə giriş üçün isə peyvənd kartı və ya bu xəstəliyə yoluxub sağaldığını təsdiqləyən sənəd tələb olunur. Amma bu, yalınız Türkiyə və Rusiya vətəndaşlarına aiddir. Konkret oyunlara bileti olan Böyük Britaniya, İsveçrə və Türkiyə vətəndaşları isə Azərbaycana həm hava, həm də quru yolu ilə COVID-19 testinin testinin neqativ olduğunu təsdiq edən sənədlə daxil ola biləcəklər.

Matç günlərində stadionda tərəfdarlardan peyvənd kartı və ya test nəticəsi istənməyəcək. Onlar stadiona yalnız hərarətləri ölçülərək buraxılacaqlar.

“Qardaş türkiyəli tərəfdarları səbirsizliklə gözləyirik”

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Elxan Məmmədov AA-ya açıqlamasında Bakının oyunlara tam hazır olduğunu və artıq fanatları gözlədiklərini bildirib. Məmmədov Azərbaycanın təhlükəsiz ölkə olduğunu, oyunlar vaxtı təhlükəsizliyin əlaqədar qurumlar tərəfindən təm təmin ediləcəyini deyib.

COVID-19 ilə əlaqədar ölkədə yeni qaydaların tətbiqinə başlanılıb. Məsələn, artıq açıq havada maskadan istifadə məcburi deyil. “Əsil futbol bayramı yaşayacağıq. Avropa çempionatını səbirsizliklə gözləyirdik. Əslində, turnir ötən il keçirilməli idi, lakin pandemiya imkan vermədi”, - deyə Məmmədov qeyd edib: “Azərbaycan hökuməti stadiona ümumi tərəfdar tutumunun 50%-nə qədər azarkeşin buraxılmasına icazə verib. Bu, sevindiricidir. 11 şəhərlə bağlı fərqli qərarlar qəbul olunub. Oyunlar zamanı stadiona ümumi azarkeş tutumunun 50%-nin buraxılması vəziyyətin yaxşı olmasından xəbər verir”.

Elxan Məmmədov yerli tərəfdarların qarşılaşmalara böyük maraq göstərdiklərini də deyib. “Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb. Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulur. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə tərəfdarlarını səbirsizliklə gözləyirik”, - deyə o, bildirib.

Türkiyə millisinin Bakıda keçirəcəyi oyunlarda daha üstün durumda olacağını vurğulayan Məmmədov deyib: “Azərbaycanlı tərəfdarlar “ay-ulduzlular”ı dəstəkləyəcək. Bundan başqa, coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş həyata keçirilir. Bu da böyük üstünlükdür. Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidirlər. Qardaş Türkiyə azarkeşləri isə 2,5-3 saatlıq uçuşla Bakıya gələ bilir”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az