18.04.2021 14:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Azərbaycanda Ermənistanı “dəli edəcək” muzey açılıb
 
15.04.2021
Yeni Akit, Türkiyə
 

  Cənubi Qafqazda postmüharibə dövrü: sülh, problemlər və perspektivlər
 
14.04.2021
MODERN DIPLOMACY, Aİ
 

  FOTO| “Ermənilər cəbhədəki məğlubiyyətin əvəzini mülki şəxslərdən çıxmağa şalışıb”
 
12.04.2021
SABAH, Türkiyə
 

  MÜSAHİBƏ| Yaz Alkoqol Festivalının sədası
 
12.04.2021
BJNEWS, Çin
 

  Erməni işğalı: Qarabağda mədəni irsin məhvi
 
11.04.2021
MONDAFRIQUE, Fransa
 

 
 
MÜSAHİBƏ| Fransalı vəkillər Dağlıq Qarabağda beynəlxalq hüquqa riayət olunmasını tələb edirlər

 
 



MUSULMANS EN FRANCE, Fransa
08.04.2021


Fransada beynəlxalq hüquq üzrə bir qrup vəkil yerli hökumətə müraciət edib. Onlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqelərini ifadə edib, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişafın təmini üçün Parisi qərəzsiz olmağa, bu prosesdə fəal rol oynamağa çağırıblar.

Müraciətin müəlliflərindən biri, Paris Vəkillər Kollegiyasının üzvü Yasin Yakouti ilə bu haqda danışmışıq.

- Cənab Yakuti, bilmək istərdik ki, bu müraciət nədən qaynaqlanır? Bu sənədə omza atarkən qarşıya hansı hədəfləri qoymusunuz?

- Sənəddə 2014-cü ildən Fransada mahiyyəti təhrif olunan, 2020-ci ilin payızında baş vermiş müharibə ilə pik nöqtəsinə çatmış və həllini tapmış Ermənistan-Azərbaycan münaqişəsinə tarixi və hüquqi kontekstdə baxılmasından söhbət gedir. Məsə ondadır ki, parlament, bələdiyyə və siyasi partiyalar səviyyəsində qəbul olunmuş qərarlarda, edilən çıxışlar və verilən bəyanatlarda Qarabağ münaqişəsinin mahiyyəti və səbəbləri təhrif olunur. Bu isə beynəlxalq hüquqa, eləcə də Fransanın Konstitusiya hüququna, rəsmi Parisin beynəlxalq öhdəliklərinə və Avropa İttifaqının əsaslandığı qaydalara ziddir. Bu petisiyanın məqsədi münaqişənin beynəlxalq hüquqi aspektlərini Fransa hökumətinə və cəmiyyətinə xatırlatmaqdır.

Bundan başqa, biz, Fransa hökumətinin diqqətini 30 illik münaqişənin ciddi humanitar fəsadlarına da çəkmişik.

- Konkret olaraq hökumətdən nə tələb edirsiniz?

- Biz hökuməti ilk növbədə, Fransa-Azərbaycan və Ermənistan-Azərbaycan münasibətlərinə dair yanaşmasını müəyyənləşdirərkən beynəlxalq hüquqa, Parisin öhdəliklərinə riayət etməyə çağırırıq. Biz, həmçinin bütün səviyyələrdə deputatları, eləcə də siyasi liderləri Azərbaycana qarşı qeyri-qanuni hücum və hərəkətləri dayandırmağa səsləyirik. Çünki hesab edirik ki, bu, əks-nəticə verir, Fransanın bölgədəki nüfuzuna, ona olan etimada zərbə vurur.

Biz, Fransanı sadəcə mövcud olmağa deyil, məhz beynəlxalq hüquqa əsaslanan mövqe tutmağa çağırırıq.

Bundan başqa, Fransa hökumətini Ermənistanla Azərbaycan arasında münasibətlərin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat, BMT Nizamnaməsi, eləcə də BMT Baş Assambleyasının 1970-ci il 24 oktyabr tarixli bəyannaməsi, 1975-ci il Helsinki Yekun Aktı kimi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında normallaşdırılmasına töhfə verməyə çağırırıq.

- Sənəddə Fransa-Azərbaycan ikitərəfli münasibətlərinə dair bəndlər var. Bu haqda nə deyə bilərsiniz?

- Bizim müraciətimiz beynəlxalq hüquq normalarının mütləq aliliyi prinsipinə əsaslanır. Fransa-Azərbaycan münasibətləri ölkələrin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı kimi prinsiplərə, qarşılıqlı hörmətə əsaslanmalıdır. Hökuməti məhz bu istiqamətdə əlindən gələni etməyə çağırırıq.

Hesab edirik ki, hökumətimiz münaqişə dövründə və Azərbaycan ərazilərinin işğalı zamanı onun mədəni dəyərlərinə dəymiş zərərin qiymətləndirilməsi üçün UNESCO missiyasının Azərbaycana göndərilməsi işinə də dəstək verməlidir.

- Bəs müraciətin əsas məğzi haqda nə deyə bilərsiniz?

- Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa uyğun olduğu açıq və birmənalıdır. Həqiqətən də Azərbaycan həm münaqişə dövründə, həm 28 illik danışıqlar prosesi zamanı, həm də ötən payızda baş vermiş müharibənin gedişində hər zaman qanun çərçivəsində hərəkət edib. Müraciətimizdəki əsas mesaj da odur ki, beynəlxalq hüququn prinsipləri pozulduğu yerdə və zamanda münaqişələr baş verir. Biz vəkillər bunu digərlərindən bəlkə də daha aydın görür və anlayırıq. Odur ki, yeganə çıxış yolu beynəlxalq hüquqa ciddi şəkildə riayət olunmasıdır. Biz də bunu təklif edirik. Sülh, təhlükəsizlik və inkişaf üçün ən möhkəm təməl budur.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MUSULMANS EN FRANCE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az