09.12.2021 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
VİDEO| Dağlıq Qarabağ: minalanmış sahə və başımızın üzərindən uçan raketlər

 
 



Euronews, Aİ
27.10.2020


Müəllif: Emin İbrahimov

Hər iki tərəfin atəşkəsi təmin etmək vədlərinə baxmayaraq, Dağlıq Qarabağ müharibə şəraitində yaşayır. Münaqişə zonasının müxtəlif hissələrində bu günlərdə baş vermiş hərbi əməliyyatların izləri görünür: dağıdılmış tikililər, partlayış nəticəsində yaranmış çuxurlar, yanmış nəqliyyat vasitələri, tərk edilmiş hərbi texnika...

Emin İbrahimov (“Euronews”): “Biz Naftalandan bu yaxınlaradək Ermənistan ordusunun nəzarətində olmuş Talış kəndinə yollanırıq. Biz sözün əsl mənasında minalanmış sahə ilə gedirik”.

Bu bölgə Bakı üçün strateji əhəmiyyət kəsb edir. Çünki burada böyük su anbarı yerləşir. Azərbaycanın Tərtər rayonunun fermer təsərrüfatı məhz bu su anbarından asılıdır. Regiondakı fermerlər bu su anbarını hələ 1992-ci ildə ələ keçirmiş erməni tərəfini buradan su axınını dayandırmaqda ittiham edirdi.

Bu gün isə Azərbaycanın pampıqçılıqla məşğul olan fermerləri inanır ki, artıq su təchizatı tam bərpa ediləcək, nəticədə kənd təsərrüfatı ilə məşğul olan rayonların işi qaydasına düşəcək. İndi su anbarı tamamilə Bakının nəzarətindədir.

Babək Səmədli (Azərbaycan Ordusunun polkovniki): “Hazırda biz işğaldan azad olunmuş Suqovuşan yaşayış məntəqəsində yerləşən su anbarındayıq. Buraya əvvəllər Ermənistan ordusu nəzarət edirdi. Onlar bu nasoslar vasitəsilə suyun Tərtər çayı ilə təbii axınının qarşısını alırdılar. Tərtər rayonunda suvarmaya daha çox ehtiyac duyulduğu dövrdə bu nasoslar işə düşürdü. Nəticədə su geri vurulur, bununla da Tərtər rayonu su təminatından məhrum olurdu”.

Bu yaşayış məntəqəsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, burada vəziyyət xüsusilə təhlükəlidir. Azərbaycanlı hərbçilər bildirir ki, Azərbaycan artilleriyası onları atəşə tutan Ermənistan ordusunun mövqelərinə zərbələr endirir.

“Euronews”un çəkiliş qrupu jurnalistləri aparan yolsuzluq avtomobilinin üzərindən uçan raketə şahidlik edib...

Rikoşet nəticəsində avtomobilə yüngül ziyan dəyib. Bu dəfə heç kim xəsarət almayıb.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az