09.12.2021 16:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
Qarabağda erməni zülmü

 
 



Türkiye gazetesi, Türkiyə
20.04.2021


Müəllif: Prof. Dr. Çağrı Erhan

Hər il olduğu kimi, bu il də aprelin 24-ü yaxınlaşdıqda “ABŞ prezidenti “soyqırımı” deyəcək, ya yox?” sualı gündəmə gəlir. ABŞ-da aparılmış seçki kampaniyası zamanı Co Baydenin işlətdiyi fikirləri, həmçinin vitse-prezident Harrisin erməni diasporuna yaxınlığını, Baydenin həmkarları tərəfindən keçmişdə bu erməni iddialarına dəstək verdiyini nəzərə alsaq, ABŞ prezidentinin 1915-ci il hadisələrini “soyqırımı” adlandırması ehtimalı yüksəkdir.

Bununla yanaşı, Türkiyə ilə münasibətləri “S-400” və “F-35” məsələləri ilə onsuz da korlamış Amerikanın bir yandan da “soyqırımı” ittihamı ilə vəziyyəti daha da qəlizləşdirəcəyini, bunun isə Vaşinqtonun uzunmüddətli strateji maraqlarına uyğun olmadığını iddia edənlər də var.

Tarixi yüz il əvvələ gedib çıxan erməni yalanlarının dalınca düşən Baydenin ermənilərin müasir dövrdə etdikləri zülmə göz yumması təbii ki, təəcüblü deyil. Halbuki, Qarabağ münaqişəsini həll etmək əvəzinə, 29 il boşuna fəaliyyət göstərmiş Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Qarabağda nələrin yaşandığını hər kəsdən yaxşı bilməlidir.

Ötən həftə ABŞ, Rusiya, İngiltərə, İspaniya, Almaniya, İsrail, İtaliya da daxil olmaqla, bir çox ölkədən dövlət xadimləri, akademiklər və jurnalistlərlə birgə  Azərbaycan ADA Universitetinin qonağı olduq. Bu zaman Azərbaycanın işğaldan azad edilmiş torpaqlarını ziyarət etmək fürsəti də əldə etdik. Biz orada Minsk qrupuna həmsədrlik edən ölkələrin heç vaxt danışmadıqlarını, bilsələr də gizlətdikləri dəhşətli həqiqətləri öz gözlərimizlə gördük. Bu torpaqlarda tarixdə misli görünməmiş barbarlıq aktı törədilib.

Ermənilərin 30 ilə yaxın işğalda saxladıqları Azərbaycan torpaqlarına yalnız bir tərif verilə bilər: Qafqazın Hiroşiması! Ağdam, Füzuli, Laçın, Qubadlı, Cəbrayıl kimi yaşayış məntəqələrində sözün əsl mənasında, daş üstündə daş qalmayıb. Ermənilər buradakı binaların satıla biləcək hər detalını talan edib – evlərin damları, pəncələri, döşəmələri, hətta kərpicləri belə, sökülüb, daşınıb, aparılıb. Yerdə qalan tikililər isə darmadağın edilib.

Burada erməni vəhşiliyi qəbiristanlıqlaradək gedib çıxıb. Onlar qızıl və gümüş tapmaq ümidi ilə bütün məzarları açıb, insan qalıqlarını dağıdıb.

Bütün bunlarla yanaşı, işğalçı ermənilər bu torpaqların nə vaxtsa əllərindən çıxacağını biliblər. Məhz bu üzdən onlar hər tərəfi dağıdıb, yandırıb, uzun illər ərzində bir yerə bir yeni mixmar da vurmayıblar.

ABŞ və Fransadakı erməni diasporları guya Qarabağ erməniləri üçün hər il milyonlarla dollar yardım ayırırmış. Amma Şuşada onların liderlərinin 2 villasında başqa yeni heç nə tikilməyib.

Bu da son deyil. Burada bütün əkin sahələri minalanıb. Azərbaycanın israrına baxmayaraq, Ermənistan minalı ərazilərin xəritələrini Bakıya hələ də təqdim etməyib. Bununla o, uduzduğu müharibənin intiqamını özünəməxsus şəkildə aldığını düşünür. Nəticədə atəşkəs elan edildiyi vaxtdan indiyə qədər 20-dən çox Azərbaycan vətəndaşı minaya düşərək həlak olub.

Yenə gələk ATƏT-in Minsk qrupuna. O, illər uzunu guya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müxtəlif təkliflər irəli sürürdü. Azərbaycan prezidenti İlham Əliyevin mövqeyi isə konkretdir. O, hesab edir ki, Dağlı Qarabağ münasqişəsi yekunlaşıb. Burada status məsələsi artıq müzakirə mövzüsü deyil. Qarabağ Azərbaycanın bir hissəsidir. Münaqişə Azərbaycanın Ermənistana qarşı əldə etdiyi qəti qələbə ilə həll olduğuna görə, problemi həll etmək üçün yaradılmış Minsk qrupuna da ehtiyac yoxdur. Daimi sülh yalnız Ermənistanın Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıması ilə mümkün ola bilər. Minsk qrupu həmsədrləri müsbət iş görmək istəyirlərsə, Ermənistanı qonşularının ərazisinə iddiadan çəkindirə bilərlər.

Azərbaycanın Qarabağda görəcəyi iş çoxdur. Erməni barbarlığının nəticələrini aradan qaldırmaq asan olmayacaq. İlk növbədə minalar təmizlənəcək, yollar çəkiləcək, yaşayış sahələri yenidən planlaşdırılacaq, yenidən tikiləcək. Bundan sonra illərdir vətənindən uzaqda qaçqın kimi yaşayan yüz minlərlə insan azad edilmiş torpaqlara qayıdacaq. Bu prosesdə Azərbaycanın ən böyük dəstəkçisi isə yenə də Türkiyə olacaq.

Bayden və ya başqasının “soyqırımı” ifadəsini işlətməsi ilə tarixi həqiqətlər dəyişməyəcək. Ermənilərin işğal etdikləri torpaqlarda həyata keçirtdikləri soyqırımı aktını, insanlara verdikləri zülmləri heç bir yalan ört-basdır edə bilməz.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Türkiye gazetesi

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az