20.05.2022 11:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Avro-2020: Azərbaycan futbolunun bosu COVID-19-la bağlı vəziyyətin təhlükəli olmadığını deyir

 
 



INDEPENDENT, Böyük Britaniya
11.06.2021


Müəllif: Fil Blanş

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov əmindir ki, COVID-19 pandemiyası fonunda Uels azarkeşləri Bakıda təhlükəsizlikdə olacaqlar.

2 minədək uelsli tərəfdar təxminən 3 min mil uzaqda, Xəzər dənizinin sahilində yerləşən Bakı şəhərinə səfər edəcək. Onlar bu şəhərdə Avro-2020 çərçivəsində Uels millisinin İsveçrə və Türkiyə ilə oyunlarını izləyəcəklər.

Doğrudur, Uels hökuməti Azərbaycanı COVID-19 pandemiyası üzündən gedilməsi tövsiyə olunmayan ölkələr siyahısına salıb. Buna rəğmən, uelsli azarkeşlər Azərbaycana gedəcəklər. Uels hökumətinin qərarına əsasən, onlar Uelsə qayıtdıqdan iki və səkkiz gün sonra COVID-19 testi verməli və 10 gün karantində qalmalıdırlar.

Amma Azərbaycanda yoluxma hallarının azalması ölkə boyu məhdudiyyətlərin yumşaldılması ilə nəticələnib: ötən ay bar və restoranlar açılıb, iyunun 1-dən isə açıq havada maska taxılması məcburiyyəti aradan qaldırılıb.

“Hələ ki, normal həyata qayıtmamışıq, lakin buna çox yaxınıq”, - deyə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov PA xəbər agentliyinə bildirib: “Restoranlar, barlar və ekskursiya turları açıqdır. Stadionlarda maska taxmaq məcburiyyəti də yoxdur”.

Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda havanın orta hərarəti 28 dərəcədən bir az yuxarıdır. Bu da pandemiya ilə bağlı vəziyyətin yaxşılaşdığına ümid yaradır: “Tərəfdarların viza ala bilməsi üçün PCR testinin neqativ olması kifayət edir. Onlara karantin tətbiq edilməyəcək. Əminik ki, azarkeşlər təhlükəsiz şəraitdə olacaqlar. Yoluxma riskini minimuma endirmək üçün “Fan-zona”lar belə, təşkil etməmişik”.

AFFA rəsmisi onu da deyir ki, onlar Uels hökumətinin Azərbaycanı hələ də pandemiya ilə əlaqədar səfər edilməsi tövsiyə olunmayan ölkələr siyahısında saxlamasından məyusdurlar: “Əlbəttə, bu, bizi məyus edir. Halbuki, futbol üzrə Avropa çempionatı Azərbaycan daxil olmaqla, Avropa ölkələrində 15 aylıq karantin dövründən sonra əla fürsət idi. Azərbaycanda yoluxmanın azaldığını, qadağaların yumşaldıldığını nəzərə alsaq, futbol azarkeşləri üçün şərait daha rahat olmalıdır. Söhbət təkcə Bakıdan deyil, həm də Roma və çempionata ev sahibliyi edəcək digər şəhərlərdən gedir”.

Xatırladaq ki, Uels bu həftənin şənbə günü İsveçrəyə qarşı ilk oynunu keçirəcək. Qarşılaşmanı təxminən 70 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadioununda 10 min tərəfdarın izləyəcəyi gözlənilir. Matçı 750 isveçrəli azarkeş də izləyəcək. Ümumilikdə isə tərəfdarların əksəriyyəti azərbaycanlılar olacaq. Elxan Məmmədov düşünür ki, onların əksəriyyəti Uelsi dəstəkləyəcək.

“Mən Uels və İsveçrənin futbol federasiyalarına dedim ki, sosial şəbəkələrdə futbolçular nöqteyi-nəzərdən hansı komanda daha fəaldırsa, azərbaycanlı tərəfdarlar onları dəstəkləyəcək. Amma İsveçrə Futbol Federasiyasına Uels millisinin heyətində Qaret Beylin olduğunu xatırlatmaq istəmədim. O, yerli azarkeşlərin rəğbətini qazanıb və bu, çox vacib amildir”, - deyə Elxan Məmmədov bildirib.

Uelsin Türkiyəyə qarşı keçirəcəyi qarşılaşmasını isə təxminən 30 min tərəfdarın izləyəcəyi gözlənilir. Bu oyun gələn həftənin çərşənbə günü keçiriləcək. Azərbaycanla Türkiyə arasında sıx mədəni-iqtisadi əlaqələr var. Odur ki, Türkiyədən Bakıya təxminən 6 min azarkeşin gələcəyi gözlənilir. Uelsin “A” qrupundakı son oyunu İtaliyaya qarşı olacaq. Bu matç iyunun 20-də Romada keçiriləcək.

Qeyd edək ki, Uels millisinin futbolçuları qrupdakı hər 3 oyundan öncə diz üstə çökərək irqçiliyə etiraz edəcəklər.

“Azərbaycanlı tərəfdarlar buna hörmətlə yanaşacaqlar. Çünki irqçiliyə qarşı kampaniyanı birlikdə aparırıq. Azərbaycan hər zaman UEFA-nın “İrqçiliyə yox!”, “Hörmət!” kampaniyalarında həmrəylik nümayiş etdirib”, - deyə Elxan Məmmədov bildirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: INDEPENDENT

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az