09.12.2021 15:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
İşğal edilmiş vətən torpağı fətva ilə deyil, igidlərin qanı ilə azad edilir!

 
 



İNTERNETHABER, Türkiyə
30.07.2021


Müəllif: Prof.Dr.Cəlal Erbay

Əziz dostlar, güman ki, məqaləyə niyə belə başlıq verildiyi, onun motiv və səbəbləri haqda düşünürsünüz. İndi izah edəcəyəm...

Bildiyiniz kimi, “ac canavarlar” Gülüstan müqaviləsi ilə bizim torpaqlarımızı kağız üzərində bölsələr də, bu ərazilər qədim zamanlardan bəri tarixən müsəlman türklərinin olub. Azərbaycan ərazisi olan, 30 il ərzində Ermənistanın işğalı altında qalmış Qarabağ şəhadət eşqi ilə vətənin dadına yetişən Azərbaycanın cəngavər igidləri tərəfindən düşməndən azad edilib. Müzəffər igidlər Qarabağın azad edilməsini Şuşada yerləşən məscidlərin minarələrindən azan səsləndirərək bütün dünyaya elan etdiblər. Bəli, biz bunun şahidi olmuşuq.

Amma hazırda gündəmin əsas mövzusu “fətva” məsələsidir. Bu fətvanı kim, nə üçün və hansı məqsədlə veribmiş? Açıqlayım...

Fətvanı İranın dini lideri Ayətullah Xameneyi veribmiş. Bəs fətvanın mövzusu nə imiş? Fətvada bunlar deyilir: “Qarabağ islam torpağıdır”. Bəs bu fətva nə vaxt verilib? Ayətullah Əli Xameneyinin Azərbaycandakı əsas nümayəndəsi Əliəkbər Ocaqnejat başda olmaqla, İranın bu ölkədəki təbliğatçılarının sosial şəbəkələrdə yaydıqları xəbərlərə baxdıqda belə təəssürat yaranır ki, guya fətva Qarabağ müharibəsindən əvvəl verilib. Üstəlik, təbliğatçıların sosial şəbəkələrdəki şərhlərini nəzərdən keçirən zaman aydın olur ki, fətvada Qarabağın “islam torpağı” olmasını vurğulamaqla əslində, bir tərəfdən müharibəyə təşviq etmək pərdəsi altında Qarabağın təkcə Azərbaycanın deyil, həm də islam torpağı olduğuna görə bu ərazilərdə İranın payının olduğuna da eyham vurulur.

Halbuki, qeyd etdiyimiz kimi, şərəfli tarixi olan uca millət Allah yolunda qədim türk yurdu uğrunda canını fəda edib. Odur ki, Qarabağ keçmişdə olduğu kimi, bu gün də Azərbaycan türkünün vətəni, Azərbaycan dövlətinin bir hissəsidir.

Bəs bu fətvanı verənlər və onun arxasına sığınanlar bu təzadlara necə cavab verəcəklər?

İlk öncə qeyd edim ki, indiyədək beynəxalq konfranslarda Ermənistanın Azərbaycan ərazisi olan Qarabağı işğal etməsi ilə bağlı qərarların qəbulunda İran hər zaman bu qətnamələrin əleyinə çıxıb, məhz Yerevanın xeyrinə səs verib.

İkincisi, 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi zamanı İranın rəsmi media orqanları və sosial şəbəkə istifadəçiləri dünyanın müxtəlif ölkələrindən gələrək Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşən PKK yaraqlılarını “görməməyə” üstünkür veriblər. Əvəzində, onlar Azərbaycan tərəfdən “terorçular”ın döyüşdü haqda hay-küy salır, Azərbaycan Ordusunu de-fakto “terrorçu” kimi qələmə verərək, Ermənistanı dəstəkləyirdilər.

Bu da son deyil!

Ermənistan 30 il davam etmiş işğal dönəmində məscid, namazgah, qəbir daşları daxil olmaqla, müsəlman türklərinə aid nə qədər iz varsa hamısını dağıdıb, məscidləri adını çəkmək istəmədiyim heyvanların saxlanıldığı yerlərə çevirib. İran bundan da narahat olmayıb. Üstəlik, o, Ermənistanla dostluq əlaqələri quraraq bu ölkənin dünyaya açılan pəncərəsinə çevrilib. Bu dostluq əlaqələri öz “bəhrə”sini də verib. İki dövlət arasında əldə edilmiş razılaşmalar çərçivəsində İran müsəlman türkünün ərsəyə gətirdiyi Gövhər Ağa məscidini bərpa edərək, onun vaxtilə iranlılar tərəfindən tikildiyini göstərməyə çalışıb. Bir sözlə, regiondan müsəlman türklərinin əcdadlarının irsinin silinməsi üçün böyük işlər görülüb.

Bundan başqa, Yerevanda vaxtilə müsəlman türklərinin ərsəyə gətirdiyi Göy məscid beynəlxalq ictimaiyyətə fars məscidi kimi təqdim edilərək, İranın Ermənistandakı mədəniyyət mərkəzinə çevrilib.

Bütün bunlar Ermənistanın son 30 ildə Qarabağı işğal altında saxladığı dövrdə baş verib. Sən fətvanı-mətvanı kənara qoy! Dostunu göstər, kim olduğunu deyim. Bu qədər qısa və konkret! Sən mənim qardaşımın ocağını söndürən, vətənini talan edən, Xocalıda soyqırım həyata keçirən bir zalımla yaxın dostsan. Sən mənim düşmənimlə dost olarkən vətənin harayına qaçan Azərbaycan igidləri Qarabağda bir daha qanlarını tökərək ata yurdlarını azad ediblər. Amma sən bundan, yəni hər şey məlum olduqdan sonra Azərbaycan xalqına şirin görünmək üçün mənası bilinməyən fətva verirsən, tərəfdarların isə bu fətvanın arxasında gizlənərək riyakarlıq edir.

Xeyr, bu, mümkün deyil. Siz öz hədəflərinizə çatmayacaqsınız. Azərbaycan xalqı artıq oyanıb. O, bayrağındakı ay, ulduz və qırmızı rəngin tərəfdarları və qardaşı ilə könüldən bağlanaraq, bir bütün olub.

Bəs buna nə deyəcəksiniz?!

Tehranla Yerevan arasında yaxşı əlaqələr sayəsində İranın bəzi şirkətləri 30 illik işğal dönəmində Azərbaycanın icazəsi olmadan bu əraziləri əkib-becərib. Bizim bildiyimiz Cəfəriliyə görə, qəsb edilmiş ərazidə namaz belə, qılınmaz. Əgər qılınarsa, o namaz batildir. İndi soruşuram: bu hökmə rəğmən, siz mənim azərbaycanlı qardaşlarımın zalım erməni tərəfindən qəsb edilmiş ərzilərini 30 il ərzində əkib-becərmisinizsə, bunun hökmü nə olacaq? Halallığı kimdən alacaqsınız? Paşinyanla qucaqlaşmaq sizi xilas edəcəkmi? Yoxsa fətva yayaraq dolayı yolla Azərbaycan xalqından halallıq istəyirsiniz?

Yetər artıq!

Məsələnin belə olduğunu heç təxmin etməmişdim! Məni maraqlandıran məsələ nədir? Deyim. Azərbaycan əraziləri Ermənistanın işğalı altında olarkən Ermənistanda rəsmi olaraq qeydiyyat keçmiş və Dağlıq Qarabağa sərmayə qoyan İran şirkətlərinin sayı 50-dən çox olub. Onlar bizim ərazilərimizdəki izləri silərək, həmin torpaqları erməni yurduna çevirməyə çalışıblar.

Əminəm ki, bu qədərini heç siz də təxmin etmirdiniz. Onlar yerli kollaborasionistlərlə əməkdaşlıq edərək, Türkiyə-Azərbaycan qardaşlığına mümkün qədər kölgə salmaq istəsələr də, buna heç vaxt nail olmayacaqlar. Biz təkcə sözdə bir millət, iki dövlət deyilik. Biz həm sözdə, həm könüldə, həm də işlərimizdə bir millət, iki dövlətik! Biz öz mənliyimiz, qardaşlığımız çərçivəsində özümüzə qayıtmışıq. Doğma qardaş olduğumuzu Qarabağın azadlığı uğrunda axıtdığımız müştərək qanımızla möhkəmləndirmişik.

Bir sözlə, şəhidlərin ana-bacıları, oğul-qızları, həyat yoldaşları narahat deyil, rahat olsun. Onların göz yaşları şəhidlərin gəzib-dolaşdığı cənnətdə axan çaylara qarışacaq, özləri üçün isə keçmişlərini təmizləyən nur damlaları olacaq.

Birdir bizim hər halımız,

Diləyimiz, amalımız,

Bayraqlarda hilalımız,

Azərbaycan-Türkiyə.

Əziz dostlar, salamat qalın.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: İNTERNETHABER

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az