09.12.2021 15:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
Cənubi Qafqazın Parisi, Qarabağın incisi: Şuşa

 
 



Daily Parliament Times, Pakistan
22.09.2021


Müəllif: Fuad Hüseynzadə

Bu torpaqlar zəngin tarixə malikdir. Buradakı dağlar, dərələr bir zamanlar qorxmaz, möhkəm insanların evi olub. Bu insanlar təsəvvür edə bilməyəcəyimiz çətinliklərlə üzləşib. Bütün bunlara rəğmən, onlar bir-birinin qayğısına qalıb, öz evləri, əsrlər boyu qoruduqları zəngin multikultural mədəniyyətləri uğrunda mübarizə aparıbıar. Söhbət işğaladək “Cənubi Qafqazın Parisi” adlandırılmış, Qarabağın incisi olan Şuşadan gedir.

Şuşa əsrarəngiz gözəlliyi ilə tanınır. O, Azərbaycan tarixi və mədəniyyətinin rəmzidir. Bir çox məşhur azərbaycanlı musiqiçi, alim məhz bu şəhərdə anadan olub.

Azərbaycanlılar 30 il işğal altında qalmış Qarabağ ərazisini ötən il azad ediblər. İndi Qarabağ yenidən nəfəs alır. Bu gün yüz minlərlə məcburi köçkün doğma evlərinə qayıdacaqları anı gözləyir və bu, baş verəcək.

Bəzi azərbaycanlılar artıq azad edilmiş ərazilərdəki evlərini görməyə macal tapıb. Amma bu, onları həyəcanlandırmaqla yanaşı, həm də qəlblərini parçalayır. Onların keçirdikləri hisləri təsvir etmək həqiqətən çox çətindir. Şuşanın küçələrində gəzən zaman sanki Azərbaycan ərazilərinin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin tökdüyü qanın qoxusunu hiss edirsən. Burada gəzərkən sanki güllə səslərini eşidir, yanmış evlərin qoxusunu duyursan. Şuşada insanın qəlbini dağlayan hərbi cinayətlərin izlərini, ekoloji terrorun nəticələrini də görə bilərsiniz. Bütün bunlar mənə “şəhidlər şəhəri” adı ilə tanınan Çanaqqalanı xatırladır...
Şuşaya səfər hər bir azərbaycanlı üçün müqəddəs torpaqları ziyarət anlamı daşıyır. Azərbaycanlılar bu şəhərə səfəri böyük səbrlə gözləyirdi. Ötən həftə Azərbaycan dövlətinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən QHT nümayəndələri də Şuşaya səfər edib. Bu, Qarabağın azad edilməsindən sonra bu torpaqlara ilk səfərimiz idi. İndi övladlarımızın Şuşaya qayıdacağını, bu torpaqların yenidən çiçəklənəcəyini hiss edirik. Şuşanən Cıdır düzündən möhtəşəm mənzərə açılır. Burada təmiz dağ havasını ciyərimizə çəkir, bu şanlı qələbəmizə görə Tanrıya şükür edirik.

Uzun illərdən sonra bu torpaqlara ziyarət qarışıq hislər yaradır. Azərbaycan prezidenti İlham Əliyevə, eyni zamanda, evlərimiz, mədəniyyətimiz uğrunda qəhrəmanlıqla döyüşmüş cəsur oğullarımıza hər zaman minnətdar olacağıq.

Şuşada şəhərin keçmişinə aid izlər qalmaqdadır. Bu, Şuşanın Azərbaycanın qəlbinə çevrilməsndə ro oynamış şəxslərə də aiddir. Söhbət bu şəhərdə musiqilər, şeirlər, sənət əsərləri yaratmış insanlarda, sənətkarlardan gedir. 

Bu torpaqlar azad olunduqdan sonra azərbaycanlıların qədim ənənələri Qarabağa qayıdıb. Azərbaycan xalqı müharibə nəticəsində dağıdılmış şəhərlərə həyat qaytarır. Məsələn, Şuşada artıq “Xarıbülbül” beynəlxalq musiqi festivalı keçirilib. Oraya bütün dünyadan musiqiçilər və müğənnilər dəvət olunmuşdu. Xatırladaq ki, “Xarıbülbül” musiqi festivalı son dəfə Şuşanın işğalından qabaq keçirilmişdi.

İndi Şuşada işğal dövründə dağıdılmış abidələr, muzeylər, məktəblər və evlər bərpa edilir. Beləliklə, Azərbaycanın mədəniyyət paytaxtına həyat qayıdır. Yaxın gələcəkdə Şuşada poeziya gecələri, musiqi festivalları və başqa beynəlxalq tədbirlər keçiriləcək. Üstəlik, Azərbaycan xalqının Şuşaya qayıtması ilə bir zamanlar “Cənubi Qafqazın Parisi” adı ilə tanınmış şəhər məşhur turizm istiqamətlərindən birinə çevriləcək. Odur ki, indi Şuşa başqa ölkələrin vətəndaşları üçün də kəşf olunacağı günləri gözləyir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin də dediyi kimi, bu gün şəhərdə bərpaetmə və tikinti işləri aparılır, Şuşanın tarixi görünüşü bərpa olunur. Bundan sonra o, dünya üçün Azərbaycanın müasir turizm qapısı olacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Daily Parliament Times

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az