09.12.2021 16:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
“Müharibə yox, ticarət” anlayışı Qafqazda yeni reallığa çevrilə bilərmi?

 
 



THE HILL, ABŞ
28.09.2021


Müəllif: Aylin Unver Noy

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin dalana dirənməsi 2020-ci il sentyabrın 27-də Ermənistanla Azərbaycan arasında müharibənin başlamasına səbəb olub. Beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan bu region uzun illərdir Yerevanla Bakı arasında gərginlik səbəbidir. Ermənistan 1994-cü ildən ötən ilki müharibəyə qədər Qarabağ bölgəsini işğal altında saxlayırdı.

44 gün davam etmiş İkinci Qarabağ müharibəsi Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla son çatıb. Bu bəyanat Azərbaycanın müharibə zamanı azad etdiyi ərazilər üzərində nəzarəti saxlamasını təmin edib. Üstəlik, sənədə əsasən, Ermənistan üzərinə Qarabağın bir neçə rayonundan çıxmaq öhdəliyi də götürmüşdü və bunu edib.

Bu gün Azərbaycan 30 il sonra Ermənistanın işğalından azad etdiyi ərazilərdə ən ciddi problemlərdən birinin öhdəsindən gəlməyə çalışır. Söhbət azad olunmuş ərazilərin minalardan təmizlənməsindən gedir. Bu gün Bakı Yerevandan minalı ərazilərin xəritələrini istəyir...

Azərbaycan 2012-ci ildə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının “Etimad fondu” layihələri sayəsində 1955-1991-ci illərdən qalmış, Sovet İttifaqı ordusunun qoyub-getdiyi partlamamış hərbi sursatlar və minaları zərərsizləşdirib. Amma Ermənistan işğalından azad edilən ərazilərdə təhlükəsizliyə və insanların həyatına təhdid yaradan minaların təmizlənməsində Azərbaycana yalnız NATO-dakı mütəffiqi, yəni Türkiyə yardım göstərir. Halbuki, Azərbaycan 1994-cü ildən bəri NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının üzvüdür. Bakı NATO-nun Kosovo və Əfqanıstanda həyata keçirdiyi sülhə dəstək əməliyyatlarında fəal iştirak edib. Azərbaycan hərbi birləşmələri Kabilin hava limanından yalnız bu yaxınlarda çıxıb və onun Əfqanıstandakı missiyası başa çatıb.

İndi Azərbaycan azad etdiyi ərazilərdə bərpa işləri ilə məşğuldur. Amma Qarabağ ərazisinin tez bir zamanda minalardan təmizlənməsi bu quruculuq işlərini asanlaşdırdı. Hər halda, partlamamış minalar ərazilərə insanların köçürülməsinə ciddi problem yaradır. Üstəlik, bu, təkcə Azərbaycana deyil, həm də onunla digər ölkələr arasında nəqliyyat və infrastruktur layihələrinin icrasına maneədir. Halbuki, region ölkələrinin birgə təşəbbüs və layihələri bölgədə ehtiyac duyulan sülh, təhlükəsiz və çiçəklənməyə töhfə olardı. Bəlkə NATO-nun Azərbaycana mina və partlamamış hərbi sursatların təmizlənməsində yardım göstərməsinin vaxtıdır?

Bundan başqa, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya və Bolqarıstanla yanaşı, Azərbaycan, Ermənistan və Türkiyə də Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən TRASEKA layihəsində tərəfdaşdırlar. Odur ki, Qafqazda sülh və sabitlik belə layihələrə əlavə təkan olar, bölgədə logistikanı yaxşılaşdırar, Asiya və Avropa bazarlarına çıxışı asanlaşdırdı.

Bu ilin avqustunda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Ermənistanla mümansibətlərdə yeni səhifənin açılmasına çağırış ediblər. Əlbəttə, əgər Yerevan buna hazırdısa. Hər iki lider bildirir ki, onlar iqtisadi əlaqələrin ikişafı, çoxmodallı nəqliyyat şəbəkələrinin yaradılması yolu ilə Ermənistanla əməkdaşlığa hazırdırlar. Bu, ölkələr arasında ticarət əlaqələrini asanlaşdırardı.

Son zamanlar görünən odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu təklifləri qəbul edə bilər. Ermənistanın Azərbaycan və Türkiyə ilə problemləri 1990-cı ilin əvvəllərində onun bu ölkələrlə sərhədlərinin bağlanması ilə nəticələnib. Əgər Paşinyan xarici siyasətini yeni reallıqlarla uyğunlaşdıra bilərsə, Ermənistan üçün yeni yol açılacaq. Söhbət Ermənistanın yaxın gələcəkdə regionun ticarət əlaqələrini “quru yolu ilə birləşdirən” ölkəyə çevrilməsindən gedir.

Nikol Paşinyan son bəyanatında regional nəqliyyat kommunikasiyalarının açılmasının əhəmiyyətindən danışıb. Ermənistanın çoxmodallı nəqliyyat daşımalarının yolu ilə qonşuları Azərbaycan və Türkiyə ilə birləşməsinə yardım göstərəcək hər hansı bir layihə bölgədə ticarət əlaqələri üçün mühüm əhəmiyyət kəsb edəcək.

Bundan başqa, hər il çox sayda gənc erməni iqtisadi problemlər üzündən xarici ölkələrə köçür. Ermənistanın xarici siyasətində “müharibə yox, ticarət” prinsipinə əsaslanması əslində, bütün tərəflər üçün faydalı olacaq. Ticarətlə müharibə arasında mənfi korrelyasiya mövcuddur. Ticarət sazişləri, ticari əlaqələrin yaxşılaşması əslində, münaqişə və qeyri-sabitliklərin meydana gəlməsi ehtimalını azaldır.

Görünən odur ki, hazırkı məqamda bütün tərəflər bu meyilləri konkretləşdirməyə hazırdır. Hesab edirəm ki, Əliyev, Ərdoğan və Paşinyanın bəyanatlarını məhz bu nöqteyi-nəzərdən gözdən keçirmək lazımdır.

Hələ 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı saziş imzalanmışdı. Amma onların parlamentləri bu sənədi hələ də ratifikasiya etməyib. Bu mənada, İkinci Qarabağ müharibəsindən sonra yaranmış imkanları əldən vermək olmaz. Amma onun həyata keçirilməsi təbii ki, atəşkəs rejiminə əməl olunmasından, tərəflərin üçtərəfli bəyanatda əks olunmuş öhdəlikləri yerinə yetirməsindən asılıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE HILL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az