28.03.2023 23:04
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
İran qorxur!

 
 



AKŞAM, Türkiyə
06.10.2021


Müəllif: Emin Pazarcı

İran rəsmiləri sıraya düzülüb. Uzun müddətdir Azərbaycanla çəkişirlər. Biri dayanır, digəri başlayır – hədəf Azərbaycan Prezidenti İlham Əliyevdir.

Niyə?

Çünki Əliyev “kral çılpaqdır” deyib. Xalq məsəli ilə desək, “sirr saxlanan məsələni toy məclisində danışıb”. Hər birimizin və dünyanın bildiyi İran gerçəkliyini açıqlayıb. Adı “İslam Cümhuriyyəti” olan İranın müsəlman Azərbaycanı qarşısında Ermənistana dəstəyini ifşa edib.

Bununla da hücumlar başlayıb…

Qəribədir ki, etiraz edənlər tez-tez “sionist rejim”, “İsrail” ifadələrindən də istifadə edirlər. Halbuki, baş verənlərin nə sionizmə, nə İsrailə aidiyyatı var. Problem Yerevana nə daşıdıqları bilinməyən İran TIR-larıdır! Üstəlik, bu, heç də yenilik deyil. İran Azərbaycana qarşı illərdir Ermənistanı dəstəkləyir.

Çünki Azərbaycanın güclənməsini istəmir. Azərbaycanı özünə təhlükə sayır. Səbəb isə öz içərisindəki İran Azərbaycanıdır. Güclənən Azərbaycanın onun sərhədləri daxilində də təsir imkanlarına malik olacağından çəkinir. Bu qorxu ilə illərdir erməniləri dəstəkləyir.

Ortaya çıxmış son problem Azərbaycan Prezidenti İlham Əliyevin bu əməkdaşlığı ifşa etməsindən, “artıq yetər” deməsindən qaynaqlanır.

***

Uzun illər öncəydi. Azərbaycan müstəqillik qazanmışdı. Prezident Əbülfəz Elçibəy ilk mətbuat konfransını keçirirdi. Çıxışının bir hissəsində bu sözləri dedi:

“Şimali Azərbaycan qurtuldu. İndi növbə Cənubi Azərbaycanındır!”.

Doğru idi, yoxsa yanlış, zamanı idi, yoxsa deyildi – bunlar ayrı söhbətin mövzusudur. Amma Elçibəyin bu sözləri söylədiyinə şəxsən şahidəm. Çox sayda azərbaycanlının yaşadığı İran o vaxtdan bu yana Azərbaycana qarşıdır. Adı “İslam Cümhuriyyəti” olsa da, o, müsəlman azərbaycanlılara qarşı davamlı olaraq Ermənistanla əməkdaşlıq edib.

Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin də səbri tükəndi...

“Artıq yetər” dedi.

Bu açıqlamasının ardından o, İran rəsmilərinin hədəfinə çevrilib.

***

Çox səs-küylü bir hadisəni açıqlamağın vaxtıdır...

Bu gün Azərbaycan və İlham Əliyevib əzmi, Türkiyənin dəstəyi ilə işğaldan azad olunmuş Qarabağ ermənilərin hücumuna məruz qalmışdı. Ruslardan dəstək alan ermənilər Qarabağı addım-addım işğal edirdi. Rusiya helikopterləri aviazərbələrlə yol açır, arxadan ermənilər gəlirdi. Dövrün dövlət başçısı Əbülfəz Elçibəy dərdli idi. O, Türkiyədən belə, yardım ala bilmirdi.

Nəhayət, çarə tapılmışdı. Əfqan mücahidlərlə əlaqə yaradılmış, özbək komandir Azad Bəy yardım göstərəcəklərinə söz vermişdi.

Bir qrup mücahid Azərbaycana yardıma gələcək, helikopterlərə qarşı “Stinger” raketləri də gətirəcəkdilər. Bununla da onlar Azərbaycan polisi ilə birlikdə Yerevana qədər gedə bilərdilər. Xəbər İranın xüsusi xidmət orqanlarına çatır və Azad Bəyin helikopteri Hazara bölgəsində vurulur. O zaman bölgə İranın nəzarətində idi. Maraqlıdır ki, vurulmuş helikopterdə olan hər kəs sağ qalır, tək Azad Bəydən başqa...

Azad Bəy dostum idi. Bu, detallarını bildiyim hadisədir. İranın gizli əməliyyatı idi.

Guya “İslam Cümhuriyyəti” olan İran belə dövlətdir. O, Azərbaycanı itirməmək üçün şeytanla da əməkdaşlığa gedər.

Necə ki, gedib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: AKŞAM

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az