09.12.2021 17:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
Qaz böhranı: Azərbaycan Avropaya tədarükü artırmağa hazırdır

 
 



Le Figaro, Fransa
07.10.2021


Azərbaycan enerji böhranı, o cümlədən artan qiymət problemi ilə üz-üzə qalmış Avropaya qaz tədarükünü artırmağa hazırıdır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Avropaya qaz ixracını artırmağa hazır olduğunu bildirib. Qafqazın zəngin karbohidrogen ehtiyatlarına malik bu ölkəsi 2020-ci ilin sonlarından başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixrac edir. Hazırda onun Avropaya illik qaz ixracı həcmi 10 milyard kubmetr nəzərdə tutulur.

“Ötən ilin son günündən bu yana Azərbaycan qazı artıq Avropa bazarındadır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik”, - deyə İlham Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşündə bildirib.

Qışın yaxınlaşması ilə əlaqədar tələbatın sürətlə artması, ehtiyatların isə azalması səbəbindən çərşənbə günü Avropada qazın qiyməti görünməmiş həddə yüksəlib. Çərşənbə günü isə neftin də qiyməti son illərin ən yüksək həddinə çatıb.

Bununla yanaşı, küləklə işləyən elektrik stansiyalarını qidalandırmalı olan küləyin əsməməsi, nüvə enerjisinin kəsilməsi, ətraf mühit problemləri üzündən kömürdən istifadənin azaldılması Avropada enerji böhranını daha da dərinləşdirib. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazın Avropaya nəqlinə isə ötən ilin dekabrından başlanılıb. O, Avropaya Gürcüstan və Türkiyə ərazisindən keçən “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql olunur. Bu marşrut Avropa ölkələrinin təchizat şəbəkəsinin şaxələndirilməsini və Rusiya qazından asılılığının azaldılmasını nəzərdə tutur. Hesablamalara görə, Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən “Şahdəniz” yatağı təxminən 1 trilyon kubmetr qaz ehtiyatına malikdir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Figaro

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az