09.12.2021 17:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
Azərbaycan QHT-ləri Ermənistanın hərbi cinayətlərinə etiraz edir

 
 



KmetroO, İtaliya
11.10.2021


Azərbaycanda fəaliyyət göstərən 49 qeyri-hökumət təşkilatı ölkələrinin vətəndaş cəmiyyəti adından beynəlxalq ictimaiyyətə və mediaya müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərbi cinayətlərə etiraz edilir, buan reaksiya verilməsi istənilir.

Müraciət Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan ordusu tərəfindən raket atəşinə məruz qalmasının birinci ildönümündə imzalanıb.

“Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun ölkəmizə qarşı hərbi təxribatlarına cavab olaraq, 27 sentyabr 2020-ci il tarixində əks-hücum əməliyyatına başıayıb və özünə məxsus torpaqları işğaldan azad edib”, - deyə müraciətdə bildirilir: "Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın ordusu məhv edilib. Həmin vaxt döyüş meydanındakı məğlubiyyəti, hərbi uğursuzluqları ört-bastır etmək istəyən Ermənistan Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarda yaşayan mülki əhalini müxtəlif növ ağır silahlardan, o cümlədən artilleriya və ballistik raketlərdən atəşə tutub, bununla da hərbi cinayət törədib. Bu hücumlar nəticəsində qadın və uşaqlar da daxil olmaqla, mülki insanlar həlak olub, əhalinin əmlakına, miqyaslı infrastruktura böyük ziyan dəyib”.

Həqiqətən də, ötən il oktyabrın 4, 5, 8, 11 və 17-də Azərbaycanın Gəncə şəhəri ağır artilleriya və raket hücumuna məruz qalmışı. Bu dəhşətli terror aktları nəticəsində 26 nəfər həlak olub, 175 mülki şəxs yaralanıb, çox sayda mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Ümumiyyətlə, müharibənin gedişində Ermənistan hökumətinin göstərişi ilə Azərbaycanın yalnız Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarına da raketlər, toplar atılıb. Bu hərbi təcavüz nəticəsində 454 mülki şəxs yaralanıb, 12-si uşaq, 27-si qadın olmaqla, 93 dinc sakin həlak olub. Həmin hücumlar nəticəsində 12292 yaşayış və qeyri-yaşayış obyekti, 288 ədəd nəqliyyat vasitəsi zərər görüb.

“Bütün bunlar nəzərə alınmaqla, biz – Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünyanın diqqətini Ermənistanın hərbi-siyasi rəhbərliyinin insanlığa qarşı törətdiyi cinayətə cəlb etmək istəyirik. Bu əməllər beynəlxalq humanitar hüququn, xüsusən 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulmasıdır”, - deyə müraciətin sonunda bildirilir.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KmetroO

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az