28.03.2023 22:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
İranın regional nüfuz oyunu və Cənubi Azərbaycan!

 
 



HABERTÜRK, Türkiyə
11.10.2021


Müəllif: Prof. Dr. Kürşad Zorlu

Bu günlərdə regional hadisələr baxımından İranın mövqeyi və atdığı addımlar gündəmdən düşmür. Xüsusilə qarşılıqlı hərbi təlimlər və səsləndirilən bəyanatlar nəticəsində məsələ Azərbaycanda da önəmli gündəmə çevrilib.

Bu arada, qarşıdakı günlərdə prezident Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanına enərək, Azərbaycanın Müstəqilliyin Bərpası Gününə qatılacağı gözlənilir. Bu hava limanına kənardan ilk təyyarə Tatarıstandan gəlib…

İran bir aydır ki, Azərbaycan-Ermənistan-Qarabağ məsələsində davamlı nüfuz oyunu aynamaqdadır. İranda yeni prezidentin seçilməsi ilə Tehranın Qarabağla bağlı siyasəti də yenilənib. Əvvəlki hakimiyyət Azərbaycanın zəfərindən sonra ortaya praqmatik, rasional yanaşma qoyurdusa, indi İran özünü daha aqressiv, daha müxalif aparır. Halbuki, bir müddət əvvəl İran nümayəndə heyətinin Bakıya səfəri ilə bugünkü xaotiklikdən fərqli, xoş atmosfer yaranmışdı. Lakin heyətin geri dönməsindən sonra Tehran Azərbaycanın ünvanına ittihamlar səsləndirməyə başlayıb. Belə bir vəziyyətdə İranın Rusiyaya səfərə yollanmış xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərindən şikayətlənsə də, istədiyini ala bilməyib. Rusiya dərhal “altılı platforma”nı xatırladıb...

Ancaq bu qarşılıqlı ittihamlar fonunda İranı aqressiv, müxalif mövqe tutmağa vadar edən amil bir yandan hansısa yekun razılığa gəlinməsi istəyidirsə, digər yandan da Cənubi Azərbaycan, ölkədə təxminən 35 milyon Azərbaycan türkünün yaşamasıdır. Ən önəmli səbəb və gerçəklik budur!

Yaxın keçmişdə Sovet İttifaqının dağılması ilə həyəcan yaşamış Cənubi Azərbaycan türklərinin motivasiyası Qarabağ zəfəri ilə daha da artıb. Azərbaycan türklərinin daha sıx yaşadıqları bölgələr Urmiya, Ərdəbil, Zəncan, Gilan, Həmədan, Gəzvin və Təbrizdir. Beləliklə, İran xalqının üçdə birini məhz onlar təşkil edir...

İran bu vəziyyəti heç cür birgəyaşayışa çevirə bilmir. O, ancaq basqı, təzyiq siyasəti yürüdür, bununla da həmin zümrənin milli kimlik çərçivəsində daha da birləşməsinə yol açır. Onların mədəni haqlarını tanımayan Tehran karikaturaların yayılması və digər vasitələrlə parçalanmanı daha da dərinləşdirir.

Yəqin ki, bu problemin haradan başlandığını xatırlatmaq da yerinə düşər.

Problem əsasən 1813 və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqlarının bölünməsindən başlayıb. O zaman Azərbaycan torpaqları Rusiya ilə İran arasında bölüşdürülmüş, onun şimalı Rusiyaya, cənubu isə İrana verilmişdi. Nəticədə Azərbaycan xalqı da parçalanıb. Bu gün İran tərəfdə qalmış hissə Azərbaycan türklərinin yaşadığı Cənubi Azərbaycan kimi tanınır. O, Azərbaycan, Türkiyə, Ermənistan və İraqla həmsərhəddir. Bu zümrənin vaxtilə İran-İraq müharibəsində İran uğrunda döyüşdüyü də unudulmamalıdır.

Beləliklə, İran istər regional sülh və sabitlik, istərsə də ölkənin inkişafı üçün yenidən praqmatik, rasionalı siyasətə dönməlidir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az