Dünyanın ən nüfuzlu futbol qurumları olan UEFA və FIFA-nın bütün beynəlxalq qaydalarına, standartlarına uyğun inşa edilmiş Bakı Olimpiya Stadionu Azərbaycanda son illər bu idman növünün inkişafı və ölkə iqtisadiyyatının stimullaşdırılması məqsədi ilə həyata keçirilmiş əsas layihələrdən biridir.
Bakı Olimpiya Statdionu Azərbaycanın ən böyük statidonu olmaqla yanaşı, qonşu ölkələr arasında da ən nəhəng belə tikililərdəndir.
Stadionun formatı və ümumi xarakteristkası
Stadion oval formadadır. Bu aval boyu bir neçə cərgə oturacaqlar düzülüb. O, “ingilis üslubu”ndan uzaqlaşmağa üstünlük verən müasir stadionlardandır. Onun iki qarşı tərəfi 3, digər iki qarşı tərəfi isə 4 mərtəbədən ibarətdir.
Bilet neçəyədir?
Burada oynanan matçlara biletlərin qiyməti meydana çıxacaq komandaların, həmçinin keçiriləcək qarşıdurmanın əhəmiyyətindən asılıdır. Məsələn, İngiltərə ilə yoldaşlıq matçı populyar olmadığı üçün ona bilet də ucuz olacaq. Amma dünya çempionatının seçmə mərhələsində, məsələn, Ermənistan millisi ilə qarşılaşma olacaqsa, bu oyununun biletləri də baha olacaq.
Ev sahibi olan “Qarabağ” klubunun oyunlarına bileti necə əldə etmək olar?
Burada biletlər adətən stadionun özündə və ya onlayn satılır. Bir məqam unudulmamalıdır: UEFA Çempionlar Liqası kimi oyunlar zamanı biletləri, onların satışı prosesini klubların özləri idarə etmir.
Bakı Olimpiya Stadionuna necə getmək olar?
Azərbaycan Respublikası Avropa ilə Cənub-Qərbi Asiya arasında yerləşir. Başqa sözlə, o, Avropadan gəlmək istəyənlər üçün əlverişli yerdədir. Üstəlik, Azərbaycan misilsiz zəngin və maraqlı mədəniyyətə malikdir.
Bakıya səyahətlə bağlı bəzi məqamları nəzərinizə çatdıraq.
Avtomobilinizi stadionda park edin
Stadionun ərazisində 3000-dən çox avtomobilin yerləşdiyi park var. Onun bir hissəsi VIP müştərilər üçündür. Amma ərazi “yaşıl zona” olduğundan, yaxşı olar ki, avtomobilinizi Bakının mərkəzində park etərək, stadiona ictimai nəqliyyatla yollanasınız.
Bakı Olimpiya Stadionunun hotelləri
Bakı paytaxt olduğundan, burada çox sayda hotel var. Onların arasında dünyaca məşhur hotel şəbəkələrinə də rast gəlinir.
“Opera” hotelində rahat qonaq otaqları ilə yanaşı, restoran, SPA xidmətləri, trenajor zalı və s. var. Burada konfrans zalı da yerləşir. WI-FI isə pulsuzdur. Lakin bu hoteldə cəmi 28 nömrə var. Odur ki, böyük ehtimalla sizə məxsusi xidmət göstəriləcək.
“Astoria” hotel ən çox məsləhət görülən hotellərdəndir. Burada 4 restoran, 2 hovuz (qapalı və açıq), fitnes zalı, geniş xidmət çeşidli SPA mərkəzi və konfrans zalı fəaliyyət göstərir. Nömrələrdə pulsuz internet şəbəkəsi, dayanacaq və “açıq bufet” fəaliyyət göstərir.
Kövkəb xanım Səfərəliyeva. Adı da yerləşdiyi yer kimi qəribədir. Lakin insan bəzən tanımadığı yerə düşdükdə bildiyi, anladığı nələrəsə ehtiyac duyur. “Holiday Inn” hoteli burada yeləşir.
Stadion yaxınlığındakı bar və kafelər
Bakı özündə ənənəvi ərazilərlə daha varlı rayonları birləşdirən şəhərdir. Şəhərin bəzi yerlərində daha çox neftdən qazanılan gəlirlə zəngin olmuş insanlar dincəlir. Odur ki, burada bar və restoranların sayı-hesabı yoxdur.
Stadionun imkanları haqda
Ölkənin ən böyük idman kompleksi olan Bakı Olimoiya Statdionunun texniki imkanları heyranedicidir. Ora getdiyiniz üçün peşman olmayacaqsınız.
Stadionda tərədarlar üçün mükəmməl bir neçə xüsusi loja var. Onun saytı isə UEFA, FIFA və IAAF-ın tələblərinə tam cavab verir. Məlum olduğu kimi, bu təşkilatlar üstünlükləri sevir. Odur ki, burada təklif olunan xidmətlərin ən yüksək səviyyədə olduğuna əmin ola bilərsiniz.
Əlavə olaraq, stadioda görüşlərin keçirilməsi üçün otaqlar və konfran zalları da var.
Bakı Olimpiya Stadionunun tarixi
Stadionun təməli 2011-ci ildə qoyulub. Həmin il Azərbaycanda futbolun 100 yaşı tamam olurdu. Təməlqoyma mərasimində ictimai xadimlər, siyasətçilər və digər önəmli şəxslər iştirak edib.
FIFA-nın o zamankı rəhbəri Yozef Blatter burada aparılan tikinti işləri ilə tanış olmuş, onu bəyənmiş və stadionun 60 mindən artıq azarkeş tutumlu olacağına diqqət çəkmişdi.
Kompleksin təməli 2011-ci ildə qoyulsa da, tikinti işlərinə 1 il sonra başlanmışdı. Lakin bu, heç nəyə mane olmayıb – stadion 2015-ci ildə keçirilmiş Birinci Avropa oyunlarınadək istismara verilib. O, Azərbaycan idman tarixinə indiyədək reallaşdırılmış ən iri layihə kimi düşüb.
617 min kvadrat metrlik ırazini əhatə edən stadiona 68 mindən çox adam yerləşir. O, 6 pillədən ibarətdir. Bakı Olimpiya Stadionu ölkə idmanına töhfəsilə yanaşı, iqtisadiyyatın inkişafına da təkandır. Burada bir neçə hotel və restoran, həmçinin turistlər üçün yaşıl zona yaradılıb.
Bakı Olimpiya Stadionu yalnız beynəlxalq və yerli futbol matçları üçün nəzərdə tutulmayıb. Burada müxtəlif idman yarışları, mədəni tədbirlər, konsertlər, təqdimatlar da keçirilir.
(Portuqal dilindən tərcümə - WorldMedia.Az)