10.06.2023 00:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Azərbaycanda ortaq qürur!

 
 



Yeni Asır, Türkiyə
28.10.2021


Müəllif: Bülənt Erandaç

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Füzuli Beynəlxalq Hava Limanı türk dünyasını birləşdirən nöqtə olacaq. Naxçıvana açılacaq dəhlizlə Türkiyə-Orta Asiya əlaqələrində yeni mərhələ başlayacaq.

Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı oldu. Azərbaycanla Türkiyənin Ermənistanın işğalından azad etdikləri Qarabağ torpağında Füzuli aeroportu bir qürur abidəsi kimi ucaldılıb. O, sadəcə bir hava limanı deyil. O, ortaq qürur, ortaq həyəcan, ortaq ürək döyüntüsü, ortaq gələcək rəmzidir. O, 21-ci əsrdə iz qoyacaq türk dövlətləri birliyinin qərlbidir. Türk dövlətlərinin birləşmə nöqtəsi Füzuli xeyirli olsun...

Füzuli şəhərinin önəmi

Türkiyənin də yanında yer aldığı Azərbaycanın böyük zəfərə gedən yolunda dönüş nöqtəsi Füzuli olub. Füzuli şəhərinin azad edilməsi ilə Dağlıq Qarabağın geri qaytarılması yolunda önəmli cəbhə açılacaqdı. Bəli, Füzulinin azad olunması savaşın gedişini dəyişəcəkdi. Ən ciddi müdafiə xətləri məhz burada idi. Odur ki, Füzulidə üstünlüyə yiyələnməyin böyük önəmi var idi. Bu, həm Ermənistanın təslim olması demək olacaqdı, həm də Azərbaycanla bərabər Türkiyə və digər türk dövlətlərinin mənəvi zəfəri. Füzulinin azad olunması ilə Azərbaycan Ordusu Qarabağın qəlbi olan Xocalı, Ağdam və Şuşa istiqamətində önəmli mövqe əldə edəcəkdi…

Türk dövlətləri xətti

Prezident Rəcəb Tayyib Ərdoğanın türk dövlətləri birliyi paradiqmasında Dağlıq Qarabağın Ermənistanın işğalından azad edilməsi çox həyati mövzuya çevrilmişdi. Türkiyə ilə Azərbaycanın birliyi türk dövlətləri arasında ortaq həyəcan, ortaq hisslər, birgə ürək döyüntüsü yaradır. Dağlıq Qarabağın erməni işğalından azad edilməsi ilə Azərbaycan-Türkiyə birliyi yeni dünya düzəni formalaşdırır. İndi Qafqazda qüvvələr nisbəti dəyişib, Türkiyə regionda ən azı Rusiya qədər önəmli gücə çevrilib.

Quru yolu dəhlizi açılır

Türkiyə ilə Azərbaycan arasında düz 1 əsr sonra ilk dəfə birbaşa quru yolu əlaqəsi yaranacaq. İndi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələri qurulacaq. Açılacaq Naxçıvan dəhlizi regional güc balansında, həmçinin Türkiyə-Orta Asiya əlaqələrində yeni mərhələnin başlanğıcı olacaq. Bu, türk dünyasının bütünlüyü baxımından böyük əhəmiyyət kəsb edir. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında quru yolu ilə əlaqə 1920-ci ildə kəsilib. İndi burada dəhlizin açılması Şərqlə Qərb arasında körpünün bərpası baxımından da önəmlidir.

Bu dəhliz Orta Asiyadan Xəzər dənizi vasitəsi ilə birbaşa Türkiyəyə yol açacaq, bununla da türk dünyasının birləşməsini təmin edəcək. Beləliklə, Qarabağ zəfərinin ardından nəqliyyat əlaqələri sahəsində də yeni nailiyyətlərin əldə olunacağı ortadadır. Bu, Bakı-Tbilisi-Qars marşrutuna güclü dəstək olacaq, nəticədə tarixi İpək Yolunun canlanmasına imkan verəcək. Xüsusilə Zəngəzur dəhlizi tarixi yaxınlaşmalara yol açacaq. Türkiyə ilə Orta Asiyanın türk dövlətləri arasında birbaşa əlaqənin qurulması geosiyasi baxımdan son dərəcə önəmli güc mərkəzinin yaranmasına şərait yaradacaq. Bu gün Türkiyə ilə Rusiya regionun əsas iki oyunçularıdır. Rusiya lideri Putin də prosesləri çox düzgün qiymətləndirərək, prezident Ərdoğan ilə ortaq, uzunmüddətli strateji məsələləri gündəmə gətirməkdədir. Türkiyənin Cənubi Qafqaza təsir imkanlarını artırması Rusiyanı narahat etsə də, Moskva regionda Türkiyə gerçəkliyini qəbul etməyə məcburdur. Bu gün Ankara Cənubi Qafqazda iki böyük gücdən biri və Avropa ilə Asiya arasında körpüdür.

Nəticə

İnşallah Füzuli türk dünyasının birləşmə nöqtəsi olacaq. Türkiyə-Azərbaycan birliyi Asiyanı da qucaqlayaraq, 21-ci əsrin türklərin əsri olmasına yol açacaq. Hədəf birləşmiş türk dövlətləridir. Daha ədalətli dünyanın açarı budur!

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Asır

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az