09.12.2021 15:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
Füzuli Beynəlxalq Hava Limanının açılışı

 
 



MUSULMANS EN FRANCE, Fransa
01.11.2021


Müəllif: Zeynab Kazımova

Bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri Azərbaycanın Füzuli rayonunda hər iki ölkə şirkətlərinin iştirakı ilə inşa edilmiş hava limanının açılışını edib, aeroportun rəmzi açarlarını təhvil alıblar. Qeyd edək ki, bu hava limanına ilk təyyarə hələ sentyabrın 5-də enmişdi. O zaman həmin təyyarə bölgəyə jurnalistlər və blogerləri gətirmişdi.

Prezidentlər fürsətdən istifadə edərək, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti prosesi ilə tanış olub, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoyublar. Onlar, həmçinin Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə də tanış olublar.

Sonra Zəngilan rayonunun Ağalı kəndində prezidentlərin təkbətək görüşü olub, ardından isə onlar mətbuata birgə bəyanatla çıxış ediblər. Zəngəzur dəhlizi haqda prezident İlham Əliyev deyib: “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır”.

Siyasi şərhçilər Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bu səfərini Azərbaycan-Türkiyə münasibətlərində yeni dövrün başlanğıcı kimi qiymətləndirirlər. Gələn ay Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verəcək. “Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün türk dünyası üçün yeni imkanlar açılacaq”, - deyə Azərbaycanın dövlət başçısı mətbuata birgə bəyanat zamanı bildirib.

Füzuli Beynəlxalq Hava Limanının açılışı və Qarabağın uzun illər ermənilər tərəfindən dağıdılmış müxtəlif bölgələrində yeni layihələrin həyata keçirilməsi təkcə bu iki ölkə üçün deyil, həm də bölgənin digər dövlətləri üçün çox mühüm hadisələrdir. Azərbaycan və Türkiyə prezidentlərinin fikrincə, Zəngəzur dəhlizi bütün regionun inkişafına töhfə verəcək.

Ümumiyyətlə, oktyabr Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqı bu il oktyabrın 18-i müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edib. Üstəlik, Azərbaycan 30 illik işğaldan sonra bu günü ilk dəfə olaraq, ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi yaşayıb.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi, öz müstəqilliyini elan edib. O, cəmi 23 ay yaşaya bilib. Lakin 1991-ci ilin oktyabrında Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qızğın müzakirələr başlayıb və elə həmin il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Ölkə müstəqilliyini 1991-ci il avqustun 31-də elan etmişdi.

1991-ci il noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Bundan qısa müddət sonra – 1991-ci il dekabrın 31-də Fransa da Azərbaycanı müstəqil dövlət kimi tanıyıb, təxminən 1 il sonra – 1992-ci ildə isə o, Bakıda səfirliyini açıb. Azərbaycan 1992-ci ilin martında BMT-yə qəbul olunub.

İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın budəfəki bəyanatları əslində onların bir müddət əvvəl Şuşada ifadə etdikləri fikirlərin davamı idi. Bu bəyanatlar özündə regionun sabitliyini, qonşu ölkələr, o cümlədən Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və təbii ki, Ermənistan arasında normal münasibətləri ehtiva edir.

Dövlət başçıları mətbuata bəyanatlarında sülhə sadiq olduqlarını, bu gün yeni vəziyyətin yarandığı bölgədə əməkdaşlığın və dialoqun əhəmiyyətini bir daha vurğulayıblar. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və indi bölgədə davamlı sülhün bərqərar olmasına çalışır. Bu sülh həm də Ermənistanın maraqlarına xidmət edəcək. Regionda Ermənistanın da töhfə verəcəyi regional əməkdaşlıq, nəhayət, tərəflər arasında sülh sazişinin imzalanması ilə inkişaf edə bilər. Odur ki, Ermənistanın Azərbaycanla problemlərini həll etməsi üçün səmimi istək nümayişi vacibdir. Türkiyə prezidentinin də dediyi kimi, “əgər Azərbaycan ilə bağlı səmimi iradə ortaya qoyularsa, Türkiyənin Ermənistan ilə əlaqələrinin də normallaşması üçün bir maneə qalmayacaq...”.

“Türkiyənin də davamlı sülhün yaradılması istiqamətində atılacaq hər müsbət addımın qarşılığını eyni konstruktiv anlayışla verəcəyini bir daha xüsusi vurğulayıram”, - deyə Irdoğan bildirib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MUSULMANS EN FRANCE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az