09.12.2021 17:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

 
 



Eureporter, Aİ
11.11.2021


Müəllif: Esmira Cəfərova

2021-ci il noyabrın 8-də Azərbaycanın və Cənubi Qafqaz regionunun tarixində mühüm əhəmiyyət kəsb edən hadisənin bir ili tamam olub. Söhbət dağın zirvəsində yerləşən, Qarabağın üzərində ucalan Şuşa uğrunda döyüşlərdən və şəhərin Ermənistanın işğalından azad edilməsindən gedir. Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş 44 günlük müharibənin nəticəsini məhz bu hadisə müəyyən edib.

Qarabağda uzun illər davam edən müharibə hər iki tərəfdən birbaşa və ya dolayı yolla insanların həyatlarını itirməsinə səbəb olurdu. Amma Azərbycan bütün bu illər ərzində münaqişənin sülh yolu ilə həllini dəstəkləyib. Ermənistanda 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra, nəhayət, sülh üçidləri artmışdı. Lakin Ermənistanın yeni hökuməti də münaqişənin sülh yolu ilə həlli imkanənə əldən verdi...

2020-ci ilin əvvəllərində isə Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin “Madrid prinsipləri” çərçivəsində həllini ümumyyətlə sual altında qoymuş, bununla da Yerevanla Bakı arasında gərginlik daha da artmışdı. Halbuki, o vaxtadək ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransa, Rusiya və ABŞ, həmçinin münaqişə tərəfləri olan Ermənistanla Azərbaycan probemin məhz bu pinsiplər çərçivəsində həllinə dair razılığa gəlmişdilər. İndi Paşinyan sülh danışıqlarını dayandıraraq, danışıqlar formatını şübhə altına almışdı.

Bu da son deyil. 2020-ci ilin iyulunda Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində silsilə təxribatlara əl atmış, bu, vəziyyəti daha da gərginləşdirmişdi. Qeyd edək ki, Tovuz strateji əhəmiyyətli rayondur. Azərbaycanı dünya bazarı ilə birləşdirən nəqliyyat və enerji marşrutları məhz buradan keçir. Amma Tovuz Qarabağ münaqişəsi bölgəsindən çox uzada yerləşir...

2020-ci ilin avqustunda Ermənistan bütün təmas xətti boyu kəşfiyyat və diversiya fəaliyyətini daha da gücləndirmişdi. 2020-ci il sentyabrın 27-də isə Azərbaycana qarşı miqyaslı hücum əməliyyatına başlanmışdı. Nəticədə Azərbaycan mülki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı əks-hücuma keçmək məcburiyyətində qalmış, bununla da tarixə 44 günlük müharibə kimi düşəcək savaşa start verilmişdi.

Bu müharibə ötən il noyabrın 8-də Şuşanın azad edilməsindən iki gün sonra Bakı, Yerevan və Moskva arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Şuşanın işğaldan azad olunduğu gün, yəni noyabrın 8-i Zəfər Günü elan edilib. Beləliklə, bundan sonra hər il 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunacaq.

Xatırladaq ki, qala şəhər olan Şuşanın əsasını 18-ci əsrdə Qarabağ xanı Pənahəli xan qoyub. Şuşa Azərbaycan üçün dərin emmosional mədəni əhəmiyyətə malikdir. Bu şəhər əsrlər boyu Azərbaycan mədəniyyətinin beşiyi hesab olunub.

Qeyd etmək lazımdır ki, azərbaycanlılar beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20%-nin işğalı ilə heç vaxt barışmayıb. Ermənistan Şuşanı 1992-ci ildə işğal etmiş, bununla da Azərbaycanın sanki “qəlb”ini itirmişdi. Odur ki, son savaşın dönüş nöqtəsi də məzh Şuşanın azad edilməsi əməliyyatı olub.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla sona çatıb. Bu sənəd müharibəni dayandırmaqla yanaşı, Yerevanla Bakı arasında ciddi problemlərin həllinin təməlini də qoyub. Buraya sənədin imzalandığı vaxt hələ də işğal altında olan ərazilərin (Ağdam, Kəlbəcər və Laçın) azad edilməsi, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaların açılması da daxil idi. Üstəlik, üçtərəfli bəyanat Cənubi Qafqazın tarixində yeni dövrün başlanğıcıdır. “Altılı əməkdaşlıq platforması”, Zəngəzur dəhlizinin yaradılması kimi yeni əməkdaşlıq təşəbbüsləri də bunun təsdiqidir. Yeri gəlmişkən, Zəngəzur dəhlizi təkcə Ermənistanla Azərbaycanı birləşdirməyəcək, həm də Cənubi Qafqazın region olaraq mövqeyini gücləndirəcək. Üstəlik, bu dəhliz müxtəlif coğrafi və geosiyasi bölgələr arasında qarşılıqlı əlaqəni təmin edəcək.

Ermənistan rəhbərliyi ilkin dövrlərdə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxsa da, Yerevanın son bəyanatları göstərir ki, o, ölkənin cənub hissəsində Azərbaycana dəmir və avtomobil yolları marşrutu verməyə hazırdır. Söhbət Azərbaycanın əsas hissəsini onun eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yollardan gedir.

Beləliklə, 44 günlük müharibə nəticəsində Azərbaycan ərazilərinin işğalına son qoyulub. Lakin təxminən 30 il davam etmiş işğal dövründə Ermənistan Azərbaycan ərazilərini darmadağın edib. Bu gün uzun illər işğal altında olmuş ərazilərindəki dağıntıların miqyasını hər kəs öz gözləri ilə görə bilər. Bu ərazilərə səfər etmiş çoxsaylı xarici qonaq bir zamanlar həyatın qaynadığı, insanların yaşadığı ərazilərin tamamilə məhv edildiyini görən zaman dəhşətə gəlir. Burada Azərbaycanın dini irsi – məscidlər, ibadət yerləri belə, yerlə-yeksan edilib. Ölgədə mövcud olmuş 67 məsciddən 65-i yer üzündən silinib, qalan 2 məscidə ciddi ziyan vurulub, onlar təhqir olunub. Bu bölgədə Azərbaycan məxsus digər abidələr də tamamilə dağıdılıb. Ağdam şəhəri yerlə-yeksan etdiyindən, o, “Qafqazın Hiroşiması” adlandırılır. Bu da son deyil. Ermənistan 30 illik işğal dönəmində 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzeyi, 4,6 milyon kitabın saxlanıldığı 927 kitabxananı, 85 məktəbi, 4 teatrı, 2 konsert zalını, 4 qalereyanı, 808 mədəniyyət sarayını dağıdıb.

İndi Azərbaycan azad edilmiş ərazilərin bərpası ilə məşğuldur. 2021-ci ildə bərpa işlərinə 1,3 milyard dollar vəsait ayrılıb. Bu gün bölgədə bərpa işlərinin sürəti heyrətləndiricidir. Azad olunmuş ərazilərdə, yəni Laçın, Füzuli və Zəngilanda 3 beynəlxalq hava limanının tikintisi planlaşdırılır. Füzuli Beynəlxalq Hava Limanında işlər cəmi 8 aya başa çatıb. 2021-ci il oktyabrın 26-da bu hava limanının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyyib Ərdoğan da iştirak ediblər.

Hazırda Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinə daxil olan Horadiz-Ağbənd dəmir və avtomobil yollarının tikintisi davam etdirilir. Laçın və Zəngilanda hava limanları tikilir. Üstəlik, Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi həyata keçirilir. Bu, regionun ilk “ağıllı kənd”i olacaq.

Bir sözlə, Azərbaycan azad edilmiş ərazilərin bərpası, bölgənin məcburi köçkünlərin qayıdışı üçün yararlı məkana çevrilməsi istiqamətində əzmlə çalışır.

Bütün bunların fonunda Bakı Yerevanla münasibətləri normallaşdırmağa hazır olduğunu da bəyan edir. O, Ermənistanı dəfələrlə sülh sazişi imzalamağa çağırıb. Məsələ ondadır ki, üçtərəfli bəyanatın imzalanmasından bir il keçməsinə baxmayaraq, bəzi problemlər hələ də qalmaqdadır. Misal kimi, azad edilmiş ərazilərdəki yerüstü minalarla bağlı problemi göstərmə olar. Azərbaycanlı mülki vətəndaşlar Ermənistanın bölgəyə 30 illik işğal dönəmində yerləşdirdiyi minalardan hələ də əziyyət çəkir. İkinci Qarabağ müharibəsinin başa çatmasından bu yana 140-dan çox mülki azərbaycanlı mina partlaması nəticəsində həyatını itirib və ya yaralanıb. Bu ərazilər hazırda dünyada ən çox minanın olduğu bölgədir. Ermənistan isə minalı ərazilərin xəritələrini Azərbaycana verməkdən hələ də imtina edir. Ən pisi odur ki, Yerevanın Bakıya Ağdam, Zəngilan və Füzuli rayonlarının minalı ərziləri ilə bağlı verdiyi xəritələrin dəqiqliyi cəmi 25%-dir.

Daha bir problem Ermənistanın media vasitəsilə zaman-zaman revanşist şüarlar səsləndirməsidir. Bu fikirləri cəmiyyətə bir zamanlar siyasi həyatlarını Azərbaycanın işğal altındakı əraziləri hesabına sürdürmüş siyasi fiqurlar ötürür. Ermənistanın üçtərəfli bəyanatın müddəalarını tam yerinə yetirməməsinin səbəbi də məhz bu revanşizm və irredentizmdir. Hər halda, Yerevan hər şeydən öncə sənədin 4-cü maddəsini icra etmir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgəyə erməni silahlı qüvvələrinin geri çəkilməsilə paralel olaraq yerləşdirilir”.

Bu müddəada açıq-aydın deyilir ki, Ermənistan hərbi birləşmələri Azərbaycanın azad edilmiş ərazilərində qala bilməz. Amma təəssüf ki, 10 noyabr bəyanatından sonra da bölgədə onların iştirakı ilə bəzi insidentlər baş verib. Məsələn, erməni yaraqlıları Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə keçərək azərbaycanlı hərbçilərə qarşı təxribatlara yol verib. Bundan əlavə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan erməni yaraqlıları Şuşanı atəşə tutub, Ermənistandan Azərbaycanın azad edilmiş Kəlbəcər rayonu və Naxçıvan Muxtar Respublikasındakı mövqelərinə atəş açılıb. Əlbəttə, bu hərəkətlər regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət etmir. Amma keçmişdən dərs götürmək lazımdır: revanşist və eksponsionist siyasətlə heç zaman üstünlük əldə edilməyib, xoşbəxtliyə nail olunmayıb. Bir sözlə, bu siyasət faydalı deyil. Hətta bu siyasəti yürüdənlərin özlərinə belə. Bu, yalnız dağıntılara, çox sayda itkilərə və insanların əziyyət çəkməsinə səbəb olur.

Beləliklə, postmünaqişə dövründə ciddi imkanların yarandığı ortadadır. Digər tərəfdən, ciddi problemlərin həll edilməsinə də ehtiyac var. Əgər keçmişin dəhşətli hadisələrindən uzaqlaşmaqla bağlı səmimi istək varsa, şəffaflıq olmalıdır. Buna 44 günlük müharibəyə son qoymuş sənədi imzalayan bütün maraqlı tərəflər əməl etməlidir. Görünən odur ki, birtərəfli səylər müharibə və düşmənçiliyin nəticələrini aradan qaldırmağa kifayət etməyəcək.

Yeri gəlmişkən, razılaşmalara hər kəsin əməl etməsi, həmçinin azad edilmiş ərazilərdə minatəmizləmə və bərpa etmə işlərinin effektli, rahat şəkildə həyata keçirilməsi istiqamətində bizim Qərbdən olan nüfuzlu tərəfdaşlarımız da səyləri birləşdirə bilər. Hər halda, bir müddət əvvəl ABŞ, Avropa İttifaqı (Aİ), Rusiya, ATƏT və Gürcüstanın bu kimi məsələlərdə uğurlu əməkdaşlığının şahidi olmuşuq. Söhbət Azərbaycanın bir neçə mina xəritəsi əvəzində saxladığı erməniləri Ermənistana qaytarmasından gedir. Doğrudur, qeyd etdiyimiz kimi, mina xəritələrinin dəqiqliyi Azərbaycan tərəfini məyus edib. Amma bu nümunə göstərir ki, təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin həllinə yardım istəyi varsa, çıxış yolu tapmaq hər zaman mümkündür.

Bir sözlə, 21-ci əsrdə eksponsionist siyasətlə barışmaq deyil, onu qınamaq lazımdır. Keçmiş səhvlərdən dərs götürülməsi daha yaxşı gələcəyin yaradılmasına və daha aydın perspektivlərin açılmasına yardım göstərə bilər. İndi Azərbaycanda səmimi şəkildə ümid edirlər ki, bundan sonra Ermənistanla sülh, konstruktiv əlaqələr mümkün olacaq.

Beləliklə, 8 noyabr Azərbaycan tarixində əlamətdar gün – Zəfər Günüdür. Həmin gün Azərbaycan, nəhayət, ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələri (822, 853, 874 və 884) icrasına nail olub. Bu qətnamələrdə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxaırılması tələb olunurdu. 8 noyabr həm də Cənubi Qafqazın gələcəyini müəyyən edən gündür. Ümid edək ki, bu region bir daha əvvəlki vəziyyətə qayıtmayacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Eureporter

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az