28.11.2022 06:53
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
İkinci Qarabağ müharibəsinin ildönümü: erməni xalqı bədbindir

 
 



Anadolu Ajansı, Türkiyə
12.11.2021


Azərbaycanın qələbəsi ilə başa çatmış İkinci Qarabağ müharibəsinin birinci ildönümündə erməni xalqı öz gələcəyinə nikbin baxmır.

Azərbaycanın zəfəri ilə nəticələnmiş İkinci Qarabağ müharibəsinin birinci ildönümündə Ermənistanın paytaxtı Yerevan şəhərinin əhalisi öz gələcəyi ilə bağlı bədbindir. Bununla yanaşı, burada bəzi vətəndaşlar sülh və dialoq tərəfdarıdır.

Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış Ermənistan müstəqilliyinin ilk illərində Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi. Məhz bu üzdən o, ötən illər ərzində regional əməkdaşlıqdan kənarda qalıb. Nəticədə erməni xalqı bölgədə gedən proseslərdən, o cümlədən enerji, nəqliyyat dəhlizi layihələrindən, geniç ticarət imkanlarından və regional siyasi əməkdaşlığın yaratdığı fürsətlərdən yararlana bilməyib.

Nəhayət, Ermənistanla Azərbaycan arasında ötən il baş vermiş İkinci Qarabağ müharibəsinin nəticəsi Yerevan üçün hər cəhətdən sarsıdıcı olub. Savaş noyabrın 10-da tərəflər arasında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyannamənin imzalanması ilə bitib. Bunun ardından müharibədə alınmış məğlubiyyət Ermənistanda kütləvi etirazlara, hətta dövlət çevrilişi cəhdlərinə səbəb olub.

Birinci Qarabağ müharibəsində Ermənistan ordusunda kapitan kimi xidmət etmiş Kamo Araklyan “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, son savaşda onlar “həm torpaqları, həm də övladlarını itiriblər”. “Təbii ki, biz torpaqları itirdiyimiz üçün çox kədərlənirik. Üstəlik, müharibədə 18-20 yaşlı gənclərimizi də itirmişik, bütöv bir nəsil yox olub. Acınacaqlı vəziyyətdir. Azərbaycanla Türkiyə regionda eyni mövqedən çıxış edirlər. İzim dostumuz İrandır. Gürcüstan və Rusiya da bizim dostumuz deyil”, - deyə o, qeyd edib.

80 yaşlı Fresnel Qeorqyan isə deyir: “Mən əmin-amanlığın olacağına inanmıram. Ölkəmiz bizə düşmən olanların əhatəsindədir. Tək istisna İrandır”.

Sadə vətəndaş Venera Çilingaryan da müharibənin ildönümündə erməni xalqının viddi kədər yaşadığını deyir. “Bu, böyük məğlubiyyətdir. İndi bizim gələcəyə çox da ümidimiz yoxdur”, - deyə o, vurğulayıb.

Təqaüdçü Larisa Xoranyan isə bölgədə sülhə ümid edir. O, bölgədə hərtərəfli sülhün bərqərar olacağına inanır: “Kaş müharibə olmayaydı. İtkilərimiz çox oldu. Arzum budur ki, tərəflər barışığa getsin. Mən müharibə istəmirəm. Sülhə çox ümid edirəm. Xalqlar arasında münasibətlər getdikcə yaxşılaşa bilər”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az