28.03.2023 23:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Şuşa – Azərbaycanın nağıllar şəhəri

 
 



Daily İslamabad Post, Pakistan
13.11.2021


Müəllif: Ansar Bhatti

Azərbaycan 10 min kvadrat kilometrlik ərazisini Ermənistanın işğalından azad edib. Yerdə qalan 5 min kvadrat kilometr ərazi hazırda rusiyalı sülhməramlıların nəzarətindədir. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, rusiyalı sülhməramlılar bölgədə 5 il qalmalıdır.

Bu gün Azərbaycan Şuşanı bərpa edir. Şəhərdə yeni hotellər də tikilir. Çünki buraya turist axınının olacağı da nəzərə alınır. Şuşa şəhəri yaxın zamanlarda turistlərin üzünə açılacaq.

Bizi Şuşada hostelə yerləşdirmişdilər. Şəhərdəki iki hoteldə yerlər dolu idi. Çünki Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də qeyd olunan Zəfər Gününü məhz Şuşada qeyd edəcəkdi. Odur ki, rəsmilər Zəfər Günündən bir gün əvvəldən buraya toplanmalı idi.

Qarabağ regionu hələ ki, ictimaiyyət üçün bağlıdır. Bunun iki səbəbi var: birincisi, bölgənin minalardan təmizlənməsi hələ də davam edir, ikincisi, Azərbaycan hökuməti müharibə dövründə dağıdılmış infrastrukturun bərpası ilə məşğuldur.

Ermənistan uzun illər bu regionu işğal altında saxlayıb. Lakin bu illərdə bölgədə infrastrukturun inkişafı istiqamətində heç bir iş görülməyib. Ermənistan burada yaşayan insanlar üçün adi şərait belə, yaratmayıb. Odur ki, Azərbaycan hökuməti hər şeyi sıfırdan başlamalı olub.

Universiteti bitirməyimdən 25 il sonra Şuşada hosteldə qalmağım mənim üçün əsl həyat təcrübəsi idi. Bizim qaldığımız yer Şuşada asayişi qoruyan hərbçilər və şəhərdə bərpa işləri ilə məşğul olan şəxslər üçün ayrılıb. Bu hostelin nömrələri üç yataq otağına bölünüb. Hər nömrədə ayaqyolu ümumidir. Havanın çox soyuq olduğu günlərdə isti su və mərkəzi istilik sisteminin olmaması əsl sağqalma təcrübəsidir. Amma ən narahatedici məqam hosteldə internetin olmamasıdır. Odur ki, “internet yanğısı”nı soyutmaq üçün tez bir zamanda yaxınlıqdakı hotelə çatmalı idik. Amma bu, çox çətin məsələ idi. Çünki şəhərdə havanın hərarəti hər dəqiqə aşağı düşürdü.

Növbəti gün, yəni noyabrın 6-da bizi Cıdır düzünə aparırlar. Azərbaycan xüsusi təyinatlıları Ermənistan hərbi birləşmələri üzərinə məhz bu istiqamətdən hücuma keçibmiş. Bizə məlumat verilir ki, Ermənistan hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin şəhərə adi quru yolla hücum edəcəyini gözləyirmiş. Lakin Azərbaycan Ordusu çətin, çox təhlükəli istiqaməti seçir. Ermənilərsə bunu gözləmirmiş. Onların seçdiyi yol yüzlərlə metr hündürlüyə malik dağdan keçir. Bu dağa yalnız peşəkar alpinistlər qalxa bilərdi. Amma Azərbaycan Silahlı Qüvvələri bunu bacarır. Bu, onların peşəkarlığını, öz işlərinə sadiq olduqlarını göstərir. Şuşa azad edildikdən sonra bütün bölgə faktiki olaraq Azərbaycanın nəzarətinə keçir. Çünki Şuşaya nəzarət edən bütün regiona nəzarət edir...

Cıdır düzündən Şuşa qalasına cəmi 5 dəqiqəyə qayıdırıq. Şəhərin küçələrində qısa gəzintidən sonra Şuşa qalasına daxil oluruq. Doğrudur, orada artıq qala yoxdur. Amma onun qalıqları qalanın möhtəşəmliyini, tarixi əhəmiyyətini təsdiqləyir. Şuşaya səfər edən hər kəs qalaya gəlməyi arzulayır. Bizim də bəxtimiz gətirir və arzumuza çatırıq. Amma Azərbaycan əhalisinin əksəriyyəti, hətta bəzi yüksək rütbəli rəsmilər belə, hələ buranı ziyarət edə bilməyib.

Beləliklə, Azərbaycan Ermənistanın işğal altında saxladığı 15 min kvadrat kilometrlik ərazisinin 10 min kvadrat kilometrini azad edib. Qalan 5 min kvadrat kilometr ərazidə rusiyalı sülhməramlılar yerləşdirilib. Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən rusiyalı sülhməramlılar bölgədə 5 il qalmalıdır. Azərbaycan rəhbərliyi müharibədən sonra dəfələrlə bəyan edib ki, Bakı Yerevanla sülh şəraitində birgəyaşıya hazırdır. Bunun üçün bir şərt var: Ermənistan Azərbaycanın sülh təşəbbüslərinə müsbət cavab verməlidir.

Növbəti gün uçmalı idim. Odur ki, təcili Bakıya qayıtmalıyam. Bu üzdən Ermənistan hərbi birləşmələrinin dəhşətli hücumuna məruz qalmış iki şəhər – Ağdamla Gəncəyə səfər edə bilmirəm. Gəncə şəhəri Azərbaycanın mərkəzi hissəsinə yerləşir. Ermənistan hərbi birləşmələri buna baxmayaraq, şəhəri raket atəşinə tutmuşdu. Məqsəd Bakını Ermənistan ərazisinə cavab zərbəsi endirməyə təhrik etmək idi. Azərbaycan rəhbərliyi bu tələyə düşməyib və bütün müharibə dövründə soyuqqanlı davranıb. Bu üzdən onların qarşısında baş əyirəm.

Sonda bir məqamı da qeyd etmək istərdim. Azərbaycan prezidentinin ofisi və ölkənin İslamabaddakı səfirliyinin pakistanlı jurnalistlərin bu bölgəyə səfərini təşkil etməsi təqdirəlayiqdir. Nəticədə pakistanlı jurnalistlər münaqişə və regionla bağlı məlumatları ilkin mənbədən əldə etmək imkanı qazanıb.

Bu region bir neçə ildən sonra tam dəyişəcək. Buranın təkcə yerli əhali üçün deyil, həm də xarici qonaqlar üçün ən məşhur turizm istiqamətlərindən birinə çevriləcəyi gözlənilir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Daily İslamabad Post

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az