09.12.2021 16:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
MÜSAHİBƏ| Azərbaycan səfiri: “Qərəzsiz Fransa bizdə xoş qarşılanır”

 
 



MONDAFRIQUE, Fransa
15.11.2021


Müəllif: Nikola Bo

Ermənistanla Azərbaycan arasında bir il əvvəl Moskvanın vasitəçiliyi ilə imzalanmış atəşkəs bəyanatından sonra minlərlə azərbaycanlı məcburi köçkünün öz doğma torpaqlarına qayıda bilməsi üçün Qarabağın minalardan təmizlənməsi və bölgədə aparılan yenidəqurma işləri əsas gündəmdir.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə həm də bu haqda danışmışıq.

- Təxminən 1 il əvvəl Azərbaycan hərbçilərinin nəzarətinə keçmiş Dağlıq Qarabağ və ətraf rayonlarda vəziyyət necədir? 

- Ermənistanın 30 illik işğalı dövründə bizim gözəl Qarabağımız tamamilə dağıdılıb. O zaman bu rayonlardan təqribən 700 min azərbaycanlı qovularaq, məcburi köçkünə çevrilib. Nəzərə alsaq ki, Azərbaycanın əhalisi cəmi 10 milyon nəfərdir, bu, böyük rəqəmdir.

Zaman bu yaraları sağaldacaq, amma biz bu münaqişədə canını və ümidlərini itirənləri unutmayacağıq. Ümid edirik ki, Azərbaycanda yaşamalı olan 30-50 min erməni sabah xalqımızla birgə yaşayacaq. Bizdə artıq müharibə əsirləri də qalmayıb. Bu gün saxlanılan 72 erməni təxribat törətdikləri üçün saxlanılıb.

İndi yenidənqurma, ərazilərin minalardan təmizlənməsi dövrüdür. Biz yerlə-yeksan edilmiş bu şəhərləri dirçəltmək üçün hər il təqribən 750 milyon dollar xərcləyirik. Müharibədən sonra da xeyli vətəndaşımızın ölümünə səbəb olmuş yüz minlərlə mina hələ də torpaq altındadır. 

Fransa ərazilərin minalardan təmizlənməsi üçün bizə təxminən 500 milyon avro yardım edib. Bu, önəmli rəqəmdir və biz bundan məmnunuq. İndi Fransa Xarici İşlər Nazirliyi ilə əlaqələrimiz yüksək səviyyədədir. Qərəzsiz Fransa bizdə xoş qarşılanır.

- Türkiyə ilə Rusiya yenə də sizin ən çox müzakirələr apardığınız ölkələrdir?

- İndi regional vəziyyət tamamilə dəyişib. İndi Ankara və Moskva prosesdə əvvəlkindən daha fəal iştirak edirlər. Bölgədə atəşkəsə nəzarəti Ağdamda yaradılmış, 60 türk və 60 rus hərbçinin xidmət apardığı Birgə Monitorinq Mərkəzi həyata keçirir.

Bundan başqa, bu gün “3+3” formatında əməkdaşlıq da gündəmdədir. Söhbət Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Gürcüstan və İran arasında əməkdaşlıqdan gedir.

- Bəs 1990-cı illərdə yaradılmış, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülhün qurulmasında hansı rolu oynaya bilər?

- Minsk qrupu yaradıldığı andan son dövrlərədək heç nəyə nail ola bilmədi. Təəssüf ki, BMT qətnamələrinin yerinə yetirilməsi üçün biz döyüş meydanında hərəkət etməli olduq. Amma bu, o demək deyil ki, bu qrupun gələcəkdə ermənilərlə bir masa ətrafında görüşməyimizə, real dövlət sərhədlərinin çəkilməsinə, sülh müqaviləsinin hazırlanmasına köməyi dəyə bilməz.

- Son müharibə zamanı Fransanın xarici işlər naziri Jan-İv Lö Drianın sanki gözə dəymirdi. Bəs indi Fransa diplomatiyasında hansısa dəyişikliklərin olduğunu düşünürsünüzmü?

- Fransada həm diplomatlar, həm də jurnalistlər indi bizi əvvəlkindən daha yaxşı anlayırlar. Amma təəssüf edirik ki, fransalı parlamentarilərlə Bakıda görüşlər keçirsək də, parlamentlərarası dostluq qrupu hələ də ciddi təşəbbüslərlə çıxış etdmir. Halbuki, Fransa hərəkətə keçmək üçün yaxşı mövqeyə malikdir. Çünki onun arxasında bizimçün də maraqlı olan böyük Avropa bazarı var.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MONDAFRIQUE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az