09.12.2021 16:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
Ermənistan Azərbaycanla atəşkəsə nail olunduğunu deyir: 20-dən çox ölü var

 
 



INDEPENDENT, Böyük Britaniya
18.11.2021


Müəllif: Kiran Qilbert

Ermənistan Azərbaycanla atəşkəsə nail olunduğunu elan edib. İki ölkə arasında baş vermiş son toqquşma nəticəsində ümumilikdə 20-dən çox hərbçi həyatını itirib. İki postsovet ölkəsi növbəti qanlı döyüşlərin başlamasına görə bir-birini ittiham edir. Qeyd edək ki, bu, tərəflər arasında Dağlıq Qarabağ regionunda ötən il baş vermiş müharibədən sonra ən böyük toqquşmadır.

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma bu həftənin çərşənbə axşamı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni və azərbaycanlı həmkarları ilə telefon danışığından sonra sona çatıb. Telefon danışığı zamanı Şoyqu həmkarlarını atəşi dayandırmağa çağırıb.

Atəşkəsdən əvvəl isə Yerevan yardım üçün Moskvaya müraciət ünvanlayıb. Daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə sərhəddəki vəziyyəti müzakirə edib.

Ermənistan tərəfi azı 15 hərbçisinin öldürüldüyünü, 12 nəfərin isə əsir düşdüyünü bildirir. Azərbaycan isə 7 hərbçisinin həyatını itirdiyini, 10 nəfərin isə yaralandığını bəyan edib.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun onun mövqelərinə atəş açdığını bildirir. Bakı isə öz növbəsində, Yerevanı iki dövlətin sərhədində genişmiqyaslı təxribat törətməkdə günahlandırır.

Bu iki ölkə arasında uzun illərdir ki, Dağlıq Qarabağ regionu üzündən fikir ayrılığı var. Azərbaycana aid bu bölgə 1994-cü ildə separatçı müharibənin bitməsindən sonra Ermənistanın dəstəkləklədiyi etnik erməni qüvvələrinin nəzarətində olub. Tərəflər arasında bir də ötən ilin sonunda müharibə baş verib və 6 həftə davam etmiş savaş ötən ilin noyabrında Moskvanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatla bitib. Bu müharibə Azərbaycanın qələbəsi ilə nəticələnib. İkinci Qarabağ müharibəsi zamanı ümumilikdə 6600 nəfər həlak olub.

Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəs müqaviləsi ilə Azərbaycan Dağlıq Qarabağ regionunun böyük hissəsi və onun ətrafındakı rayonlar üzərində nəzarəti bərpa edib. O vaxtədək həmin ərazilər Ermənistanın dəstəklədiyi separatçıların nəzarətində olub.

Lakin Ermənistan-Azərbaycan sərhədində gərginlik bu ilin mayından davamlı şəkildə artır. Hələ mayda Yerevan azərbaycanlı hərbçilərin onun ərazisinə daxil olduğunu idia edirdi. Bakı isə əsgələrinin Azərbaycan ərazilərində yerləşdiyini bildirir.

Son günlər tərəflər arasında toqquşmaların olduğuna dair xəbərlər mütəmadi xarakter almışdı. Çərşənbə axşamı baş vermiş döyüş isə son dövrlərin ən qanlı hərbi əməliyyatıdır.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel noyabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. O, regionda yaranmış mürrəkəb vəziyyətə görə tərəflərdən hər hansını ittiham etməyib, sadəcə onları atəşi tam dayandırmağa çağırıb.

Fransanın Xarici İşlər Nazirliyi vəziyyətin pisləşməsindən narahat olduğunu bəyan edib. Rəsmi Paris də tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

Tərəflər arasında münaqişə Sovet İttifaqı dağıldıqdan sonra etnik erməni separatçılarının Azərbaycandan ayrıldıqlarını elan etməsi ilə başlayıb. Birinci Qarabağ müharibəsi nəticəsində təxminən 30 min insan həyatını itirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: INDEPENDENT

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az