28.03.2023 21:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
VİDEO| Azərbaycan Avropa üçün böyük enerji tədarükçüsü olmağa çalışır

 
 



Əl-Cəzirə, Qətər
24.11.2021


Müəllif: Sinem Köseoğlu

Azərbaycan iqtisadiyyatı neft-qaz resursları ilə qidalanır. İndi Avropadakı enerji böhranı da onun diqqət mərkəzindədir. Bakı bildirir ki, o, Avropaya artan enerji təlabatının təmini üçün qaz tədarük edə bilər.

Vitali Bəylərbəyov (SOCAR vitse-prezidentinin müavini): “Biz hazırda Türkiyə və Gürcüstanda, həmçinin Avropanın Yunanıstan, İtaliya və Bolqarıtan kimi enerji bazarlarında böyük, ciddi oyunçuyuq. Şərqi və Mərkəzi Avropa, Balkan regionundakı digər ölkələr də bizə böyük maraq göstərir”.

Azərbaycan qazının böyük hissəsi “Cənub Qaz Dəhlizi” vasitəsilə tədarük edilir. O, Xəzər dənizindən başlayır, Gürcüstan və Türkiyədən keçərək Avropaya qədər uzanır. Doğrudur, Azərbaycanda qaz hasilatının həcmi bir sıra digər enerji nəhəngləri ilə müqayisədə o qədər də çox deyil. Amma o, Avropa İttifaqına “Cənub Qaz Dəhlizi” vasitəsilə məsələn, Türkmənistan kimi digər ölkələrin də resurslarını nəql etməyə hazırdır. Bu halda Azərbaycan enerji bazarının daha böyük parçasına çevriləcək.

Sinem Köseoğlu (Bakı): “Azərbaycan enerji resursları hasilatını çoxaltmaqla ölkəyə böyük investisiyalar cəlb edə, regionda siyasi təsirini daha da artıra bilər. Lakin bu, onun əsas müttəfiqlərindən olan, dünyanın ən böyük enerji tədarükçülərindən sayılan Rusiya ilə əlaqələrinə təhdid də yarada bilər”.

Rəsmi Bakı Moskva ilə rəqabət aparmadığını deyir. Bəzi ekspertlərsə hesab edir ki, bu prosesin geosiyasi nöqteyi-nəzərdən problemlər yaradacağını istisna etmək olmaz.

Metyu Brayza (amerikalı sabiq diplomat): “Əvvəllər də dediyim kimi, mövcud monopolist tədarükçü Avropaya enerji nəqli məsələsindən geosiyasi məqsədlər üçün istifadə edir. Bu gün biz məhz bunu görürük. Rusiya yayda Avropadakı qaz anbarlarına enerji tədarükünu dayandırmışdı. Halbuki, adətən belə problem olmurdu. İndiyədək Rusiyadan qaz ixracının artırılması istənilən zaman, o, buna müsbət cavab verirdi. Lakin hazırda “Qazprom” və Rusiya Avropa İttifaqına bu yolla təzyiq göstərməyə çalışır”.

Beləliklə, Rusiyanın Ukrayna və avropalı tərəfdaşları ilə problemlərinin enerji tədarükü ilə bağlı gərginlik yarada biləcəyinə dair narahatlıqlar var. Bu gün Avropa İttifaqının enerjiyə olan təlabatının təxminən 45%-ni Moskva təmin edir. Amma Avropada təlabat durmadan artır. Görünən odur ki, indi Rusiya tədarükü artıra bilmir.

Esmira Cəfərova (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi): “Avropanın bəzi ölkələrinin enerji təhlükəsizliyinə, bu sahədəki dalğalanmalara, enerji hasilatı və tədarükü ilə bağlı məsələlərə nəzər yetirən zaman görürük ki, Azərbaycandan Avropaya qaz tədarükü üçün geniş imkanlar var. Bu, həmin ölkələrə alternativ enerji mənbələrinə çıxış əldə etmək imkanı yaradır”.

Bu gün avropalı liderlər enerji böhranının aradan qalxmayacağından, əksinə daha da dərinləşəcəyindən narahatdırlar. Azərbaycan isə ümid edir ki, bu vəziyyət onun Avropa bazarında rolunu artıracaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az