20.01.2022 07:50
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qarabağın bərpası: 2021-ci ilin nəticələri
 
19.01.2022
Moderndiplomacy, Aİ
 

  Azərbaycan – Təbriz üçün prioritet
 
18.01.2022
TabrizeMan, İran
 

  2022-ci il Azərbaycanda “Şuşa İli” olacaq: bu, nə deməkdir?
 
18.01.2022
Eureporter, Aİ
 

  FOTOREPORTAJ| Azərbaycanın şimalında ucqar kənd: dəyişiklik astanasında
 
17.01.2022
The Washington Post, ABŞ
 

  Azərbaycan ötən ildə
 
16.01.2022
IRNA, İran
 

 
 
Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir

 
 



Nezavisimaya qazeta, Rusiya
09.12.2021


Müəllif: Yuri Roks

Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi” tələbinə etiraz edir. Yerevan Əliyevin ifadə tərzini qəbuledilməz sayır hesab edir ki, onun tonunda hərbi gücdən istifadə ilə bağlı təhdid var. Ermənistanın xarici siyasət idarəsi baş verənlərlə bağlı Moskva, ATƏT BMT Təhlükəsizlik Şurasına məlumat da verib.

Bu arada, BMT-nin Beynəlxalq Məhkəməsi Ermənistan və Azərbaycanın iddiaları üzrə qərarlar çıxarmağa başlayıb. Qərarlardan birində Azərbaycan regional təhlükəsizliyin və sabitliyin əsaslarını sarsıdan təhdid dili və militarist ritorikadan çəkinməyə çağırılır.

Azərbaycan prezidenti İlham Əliyev əhali ilə bu qərardan sonra keçirdiyi görüşlərdən birində bəyan edib ki, Ermənistan əldə edilmiş razılaşmaların icrasından yayınarsa, revanşist əməllərə əl atarsa, Bakı yenidən güc tətbiq edə bilər. O vurğulayıb ki, Yerevan “Zəngəzur dəhlizi”nin açılmacağı vaxtın dəqiq tarixini verməlidir.

“Zəngəzur dəhlizi” Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yerüstü nəqliyyat arteriyasıdır. Prezident deyib ki, Ermənistan hər şeyi lazım olduğu kimi edərsə, pis heç nə baş verməyəcək. Əks təqdirdə isə onu dəhlizi açmağa məcbur etmək lazım gələcək.

Güc tətbiqi ilə təhdid edən bu ultimativ bəyanat təbii ki, Ermənistan tərəfinin hiddətinə səbəb olub. Qeyd etdiyimiz kimi, bu ölkənin XİN-i öz tərəfdaşlarını və beynəlxalq birliyi Azərbaycan tərəfinin ultimatumu barədə məlumatlandırıb. Lakin Ermənistan müxalifəti nikbin deyil. Müxalifətdə hesab edirlər ki, Qərb sadəcə ənənəvi ifadələr və sakitləşdirici çağırışlar səsləndirəcək ki, onlara da Bakı heç vaxt xüsusi əhəmiyyət verməyib. 44 günlük müharibədəki qələbədən və Türkiyənin tam dəstəyindən ruhlandığı indiki vaxtda isə Azərbaycan belə bəyanatlara ümumiyyətlə fikir verməyəcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) inam isə bundan da azdır. Çünki bu təşkilat hər vəchlə Ermənistan-Azərbaycan münaqişəsindən uzaq durmağa çalşır. Bir sözlə, müxalifətin fikrincə, yeganə ümid yeri Rusiyadır ki, onunla da Ermənistanın indiki rəhbərliyinin münasibətləri yaxşı deyil.

Ermənistan hakimiyyəti üçün mürəkkəb dönəm davam edir. Bu günlərdə o, ilk daxili siyasi uğursuzluğu ilə üzləşib – hakim partiya ölkənin bir sıra yaşayış məntəqələri, o cümlədən üçüncü böyük şəhəri olan Vanadzorda yerli özünüidarəetmə orqanlarına seçkiləri uduzub. Müxalifət özünün bu uğurunu baş nazir Nikol Paşinyanın sonunun başlanğıcı kimi qiymətləndirir. Tərslikdən, elə həmin günlərdə erməni liderinin adı öz yaxın qohumunun iştirakı ilə baş vermiş qalmaqalda hallanmağa başlayıb. Həmin şəxs dövlətin əsas ofislərinin birində müxalif siyasətçinin döyülməsində günahlandırılır. Deyilənə görə, döyülən bir yox, hətta bir neçə nəfərdir.

Nəhayət, ən xoşagəlməz hadisə Ermənistan parlamentinin spikeri Alen Simonyanın başına gəlib. Onun hərbi əsirlər və itkin düşmüş hərbçilər barədə dedikləri ölkədə böyük hiddətə səbəb olub. Qarabağ müharibəsində itkin və ya əsir düşmüş hərbçilərin valideynləri və qohumları müddətsiz etiraz aksiyasına başlayaraq, övladlarının evlərinə qaytarılmasını tədləb edirlər.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nezavisimaya qazeta

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az