20.01.2022 07:04
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qarabağın bərpası: 2021-ci ilin nəticələri
 
19.01.2022
Moderndiplomacy, Aİ
 

  Azərbaycan – Təbriz üçün prioritet
 
18.01.2022
TabrizeMan, İran
 

  2022-ci il Azərbaycanda “Şuşa İli” olacaq: bu, nə deməkdir?
 
18.01.2022
Eureporter, Aİ
 

  FOTOREPORTAJ| Azərbaycanın şimalında ucqar kənd: dəyişiklik astanasında
 
17.01.2022
The Washington Post, ABŞ
 

  Azərbaycan ötən ildə
 
16.01.2022
IRNA, İran
 

 
 
Heydər Əliyev: Azərbaycanın iftixarı

 
 



Əl-Şuruq, Əlcəzair
12.12.2021


Müəllif: Rafael Bağırov (Azərbaycanın Əlcəzairdəki səfirliyinin müvəqqəti işlər vəkili)

Azərbaycan xalqı əsrlərlə hürriyyətə can atıb və Sovet İttifaqının dağılması ilə öz milli müstəqilliyinə qovuşub.

Azərbaycan uzun illər ərzində demokratik, sivil və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyib. Bu, əlbəttə ki, çətin işdir, bir anda bitəcək proses deyil. Buna baxmayaraq, Azərbaycan öz hədəfinə doğru dayanmadan irəliləyərək, qısa zamanda çox iş görüb: iqtisadiyyat inkişaf etdirilib, işğal edilmiş torpaqlar 30 il sonra azad olunub, regionda yeni inkişaf dövrünün əsası qoyulub, hüquqi, demokratik cəmiyyətin formalaşmasına nail olunub.

Azərbaycan bir çox ölkə üçün böyük əhəmiyyət kəsb edən bir regionda – Avropa ilə Asiya arasında, mühüm geosiyasi bölgədə yerləşir. O, zəngin təbii ehtiyatlara və böyük sənaye imkanlarına malikdir.

Ölkənin müstəqilliyin güclənməsinə, demokratik islahatlara, iqtisadi inkişafa hədəflənmiş strategiyasının əsasını isə xalqının israrına və inamına arxalanan ümumilli lider Heydər Əliyev qoyub. O, hər zaman əminliklə bildirib ki, Azərbaycan xalqını seçdiyi yoldan heç bir qüvvə döndərə bilməyəcək. Xalq gələcəyinə hər zaman nikbin baxıb. O, bu nikbinliyi dünyada gedən tarixi proseslərlə və beynəlxalq münasibətlər sistemində baş verən ciddi dəyişikliklərlə bağlayırdı. Heydər Əliyev əmin idi ki, bir gün hərbi və ideoloji qarşıdurma dövrünü əvəz edəcək bərabərhüquqlu dünya nizamı beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edəcək. O, hər zaman tunelin sonunda işıq görürdü...

Bununla belə, bəşəriyyətdə yanlışlıqlar hələ tam aradan qalxmayıb. Müxtəlif iqtisadi imkanlara malik dövlətlər arasında münasibətlər, əvvəllər olduğu kimi, bu gün də keçmişə aid problemlərindən əziyyət çəkir. Zaman bizi ekoloji təhlükələrlər, məskunlaşma və inkişaf problemləri kimi yeni-yeni çağırışlarla da üz-üzə qoyur. Amma dünyada elə millət yoxdur ki, vətəninin çətin dövründə onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələrini gücləndirmiş milli lideri olmasın. Liderlərin zəngin həyat səhifələrini nəzərdən keçirərkən, atdığı addımlarını təhlil edərkən onların mənsub olduqları millətlərin ənənələri, tarixi və inkişaf səviyyəsi haqqında aydın mənzərə formalaşır.

Bu dahi şəxsiyyətlər özlərinin ülvi ruhi dünyaları ilə, uca bəşəri və milli ideallarla, milli mənafelər uğrunda səmimi fədakarlıqları ilə milyonların ürəyində abidəyə çevrilirlər. Bu mənada biz də xoşbəxt xalqıq ki, qəlbimizdə əbədi bir abidəmiz var. O, böyük öndər Heydər Əliyevdir! Öz cəmiyyətlərində dərin izlər qoymuş liderlər var. İllər keçsə də cəmiyyət həmin liderləri, hətta onun sözlərini unutmur. Onlardan sonra ölkəyə rəhbərlik edənlər də bu unudulmaz liderlərin siyasətini davam etdirirlər.

Heydər Əliyev sağ ikən də sevilirdi, ona hörmət edilirdi. Bu, bu gün də belədir.

Heydər Əliyev Azərbaycan üçün bir yol açıb, onu təhlükələrdən qoruyub, sonda möhkəm dövlət qura bilib. Bu gün Qafqazın parlayan ulduzuna çevrilən Azərbaycan Heydər Əliyev siyasətinin nəticəsidir.

Azərbaycanla Şərq dövlətləri, xüsusilə ərəb-islam aləmi ilə çoxtərəfli əlaqələrin qurulması, genişləndirilməsi və gücləndirilməsinin ictimai-siyasi, elmi, mədəni və ruhi əsaslarını da Heydər Əliyev hazırlayıb. Heydər Əliyev müsəlman və azərbaycanlı olması ilə fəxr edirdi. O, həqiqətən də dünya şöhrətli lider idi. H.Əliyevin “Bir millət, iki dövlət” şüarı isə Türkiyəyə sevgisini, ehtiramını ifadə edirdi.

Heydər Əliyevin adı bu gün dünyada məşhurdur. Onun xatirəsi Türkiyə başda olmaqla, bir çox dövlətlərdə anılır. Azərbaycan xalqı isə Heydər Əliyevi ümummilli lider adlandırır.

Azərbaycanda hər il Heydər Əliyevin istər doğum, istərsə də vəfat günündə müxtəlif tədbirlər keçirilir. O, 1923-cü il mayın 10-da dünyaya gəlib, 2003-cü il dekabrın 12-də vəfat edib. Azərbaycan xalqının Heydər Əliyevə sevgisi əbədidir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Şuruq

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az