28.11.2022 08:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Türkiyə-Ermənistan münasibətləri normallaşarkən Azərbaycanın önəmi

 
 



Cumhuriyet, Türkiyə
21.12.2021


Müəllif: Vüsal Həsənzadə

Son dövrlərdə Türkiyə regional geosiyasətdə önəmli addımlar atmaqdadır. Noyabrda körfəz öılələrindən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərdə yeni mərhələyə start vermiş Ankara indi də Ermənistanla əlaqələrdə yeni mərhələnin başlayacağını bəyan edib.

Türkiyənin bu addımları onunla strateji əlaqələri olan dost və qardaş Azərbaycan tərəfindən diqqətlə izlənilir. Azərbaycan üçün yalnız Türkiyə-Ermənistan deyil, həm də Türkiyə-BƏƏ münasibətləri regioal geosiyasət kontekstində önəmli yer tutur. Çünki Azərbaycan ərazisinin 20%-dən çoxunu (Dağlıq Qarabağ və ətrafındakı 7 rayon) təxminən 30 il işğal altında saxlamış Ermənistan körfəz ölkələri arasında məhz BƏƏ ilə ən sıx münasibətlərə malikdir. Son illər beynəlxalq arenada açıq şəkildə Türkiyəyə qarşı olan ittifaqlarda yer almış BƏƏ, Azərbaycan-Ermənistan məsələsində də üstünlüyü Yerevana verib. O, Bakı ilə Ankara arasındakı strateji münasibətlərə qarşı Ermənistanla siyasi, hərbi və iqtisadi əməkdaşlığı gücləndirib.

BƏƏ Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı da, xüsusilə məsələyə Türkiyənin də qarışması üzündən Ermənistanı dəstəkləyib. Lakin son zamanlar Türkiyə ilə BƏƏ arasında münasibətlərin normallaşmağa başlaması fonunda bu dəfə Yerevanla əlaqələrin gələcəyi də aktuallıq qazanıb. Artıq tərəflərin bu məqsədlə xüsusi nümayəndələr təyin edəcəyi açıqlanıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bu məsələdə hər bir addımın Azərbaycanla məsləhətləşilərək atıldığını bildirib, Bakının da Ermənistanla sülh müqaviləsi imzalanması təklifi ilə çıxış etdiyini xatırladıb. O, Türkiyə ilə Azərbaycanın bu məsələdə xoş niyətli olduqlarını söyləyib.

Azərbaycan maraqlarını güzəştə getməyəcək

Türkiyənin bu addımlarının Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutmuş görüşdən sonra sürətlənməsi diqqət çəkir. Noyabrın 26-da Soçidə Rusiyadan istədiyi dəstəyi ala bilməyən Ermənistan 14-15 dekabrda Avropa İttifaqının mərkəzi olan Brüsseldəki görüşdə də istədiyi dəstəyi əldə edə bilməyib. Xüsusilə İlham Əliyev istər Soçi, istərsə də Brüsseldə qəti mövqe sərgiləyərək, Azərbaycanın Zəngəzur dəhlizi məsələsi başda olmaqla, öz maraqlarını güzəştə getməyəcəyini nümayiş etdirib. ABŞ-Aİ ilə Rusiya arasında Cənubi Qafqaz uğrunda gedən geosiyasi mübarizəni yaxşı təhlil edən Əliyev çox diqqətlə balanslı siyasət yürütməkdədir.

Ermənistana gəlincə, son dönəmlərdə onunla münasibətlərdə “normallaşma” ifadəsi tez-tez işlədilsə də, önəmli problemlər hələ də qalmaqdadır. Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi Müstəqillik aktında Türkiyənin ərazi bütövlüyünə zidd ifadələrin yer alması, qondarma “erməni soyqırımı”ndan bəhs olunması, Azərbaycan torpaqlarına iddiaların hələ də davam etməsi, erməni diasporunun Türk dünyasına qarşı fəaliyyəti, Ermənistanın PKK-PYD-YPG kimi terror təşkilatlarına dəstəyi münasibətlərin normallaşmasına mane olan amillərdəndir. Türkiyəli diplomatların ASALA terrorçuları tərəfindən qətlə yetirilməsi, Azərbaycan türklərinə qarşı həyata keçirilmiş Xocalı soyqırımı, Ermənistanda Tələt Paşa üçün təhqir sayılacaq heykəlin mövcudluğunu da bu sıraya əlavə etmək olar.

Türkiyə-Azərbaycan əlaqələrinin önəmi

Bu gün ABŞ və Aİ-nin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dəstək verməsinin əsas səbəbi də aydındır. NATO üzvü olan Türkiyə Yerevanla yaxşı münasibətlərə malik olarsa, ABŞ və Aİ-nin Cənubi Qafqazda mövcudluğu, Gürcüstanla yanaşı, Ermənistan üzərindən də Rusiyaya cəbhə açılması əsas həfədə çevriləcək. Bu mənada, Ankara bu addımları atarkən Rusiya ilə münasibətləri də nəzərə almalıdır.

Bununla yanaşı, Ermənistan-Yunanıstan-Kipr ittifaqının Türkiyə-Azərbaycan-ŞKTC ittifaqı ilə necə mübarizə apardığı, həmçinin erməni diasporunun fəaliyyəti də unudulmamalıdır. Ən önəmlisi isə Ermənistanda bəzi dairələr hələ də Qarabağa saxta iddialar irəli sürməkdədir. Üstəlik, Yerevan Zəngəzur dəhlizinin açılmasına hələ də əngəl yaratmağa çalışır. Bütün bunlar həllini tapmazsa, 1993-cü ildən bağlı olan sərhədlərin açılması Ermənistanda “zəfər” kimi qarşılana bilər.

Bu üzdən, Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz. Üstəlik, Türkiyə Ermənistanla əlaqələrin normallaşdırılmasına 2009-cu ildə edilmiş cəhd zamanı Azərbaycanla münasibətlərdə yaranmış problemlərin təkrarlanmaması üçün tələsik addımlar atmamalı, diqqətli olmalı, bu vacib dönəmi Azərbaycanla davamlı məsləhətləşmələr aparmaqla keçməlidir. Türkiyə-Azərbaycan münasibətlərində baş verə biləcək ən cüzi problem kiçiq miqyasda Ermənistan-Yunanıstan-Kipr ittifaqı, böyük mənada isə ABŞ-Aİ, həmçinin Rusiya və İran üçün böyük fürsət olacaq.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Cumhuriyet

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az