28.03.2023 22:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Şair Nizami Gəncəvi haqqında nəyi bilmirik?

 
 



Əl-Anbat, İordaniya
21.12.2021


Müəllif: Tariq Qudies (İordaniya şairi və ədibi)

Bəlkə də bu gün ərəb cəmiyyətləri böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında çox şey bilmir. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqda sərəncam ərəb xalqlarının da Azərbaycan səmasında parlayan bu şeir ulduzunun həyatı, ürəklərə və düşüncələrə sirayət edən fəlsəfi baxışları, poemaları ilə tanış olmasına imkan yaradıb.

1141-ci ildə doğulmuş görkəmli ədibimizin yaradıcılığında diqqət çəkən məsələ onun zəngin ərəb reallığından ilhamlanaraq əsərlər yazmasıdır. Ola bilsin ki, bunu çoxları bilmir. Halbuki, şairin “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” poemasının mövzusu ərəb dünyasında Qeys bin əl-Mulavvah adlı bir oğlanla Leyla əl-Amiriyyə adlı bir qız arasındakı münasibətdən götürülüb. Şair bu münasibəti əsrarəngiz bədii üslubda oxucusuna çatdırıb. Bu, Nizami Gəncəvinin böyük istedadına dəlalət edir.

Gəncəvinin istedadını ingilis şərqşünas Edvard Braun da öz əsərində vurğulayıb. O, Nizami şəxsiyyətini qısaca olaraq belə xarakterizə edib: “O, böyük istedadla yüksək əxlaqi keyfiyyətlərin sintezidir. Bu xüsusiyyət ondan başqa heç bir şairdə yoxdur. Onun həyatı dəqiq tənqidi araşdırma mövzusu olub”. Bu fikirlər doktor Əbdunnəim Məhəmməd Həsəneynin 1954-cü ildə nəşr olunmuş “Fəzilət şairi Nizami Gəncəvi, dövrü, mühiti və poeziyası” adlı kitabında yer alıb.

Qeyd olunanlara əlavə olaraq deyə bilərik ki, hörmət əlaməti olaraq dünyanın bir çox şəhərinin mötəbər məkanlarında şairin heykəli ucalır. Belə heykəllərdən biri Rusiyanın Dərbənd şəhərində elə Nizaminin adını daşıyan parkda yer alır. O, 2019-cu ildə qoyulub.

Şairin digər heykəli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2015-ci ildə təşkil etdiyi beynəlxalq ərəb tədbiri çərçivəsində Azərbaycan dövləti tərəfindən İskəndəriyyə kitabxanasına hədiyyə edilib.

Beləliklə, Azərbaycan Prezidentinin yuxarıda qeyd etdiyimiz sərəncamı vaxtında atılmış ülvi addımdır. Burada məqsəd öz mənalı sözləri ilə məhəbbət və fəzilət simlərinə toxunmuş şairin həyat və yaradıcılığına daha çox işıq salmaqdır. Bəli, Nizami Gəncəvi daimi hörmət və ehtirama layiqdir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Anbat

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az