20.01.2022 08:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qarabağın bərpası: 2021-ci ilin nəticələri
 
19.01.2022
Moderndiplomacy, Aİ
 

  Azərbaycan – Təbriz üçün prioritet
 
18.01.2022
TabrizeMan, İran
 

  2022-ci il Azərbaycanda “Şuşa İli” olacaq: bu, nə deməkdir?
 
18.01.2022
Eureporter, Aİ
 

  FOTOREPORTAJ| Azərbaycanın şimalında ucqar kənd: dəyişiklik astanasında
 
17.01.2022
The Washington Post, ABŞ
 

  Azərbaycan ötən ildə
 
16.01.2022
IRNA, İran
 

 
 
Aİ-nin riyakarlığı Əliyevi qəzəbləndirib

 
 



Yeni Akit, Türkiyə
13.01.2022


Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının (Aİ) Ermənistana 2,6 milyard avroluq maliyyə paketi ayırarkən, Azərbaycana 140 milyon avro yardım etmək qərarına sərt etiraz edib.

Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin Ermənistanla Azərbaycana ayırmaq istədiyi maliyyə paketləri arasındakı fərqi ədalətsizlik sayır. “Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu, ədalətsizlikdir və bunun izahatı bizə lazımdır”, - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev yerli mətbuata müsahibəsində gündəmə dair açıqlamalar verib. Dünən (srağagün - WM) Azərbaycan-Ermənistan sərhədində azərbaycanlı hərbçiyə atəş açıldığını xatırladan Əliyev deyib: “Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Müdafiə nazirindən aldığım məlumata görə, Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüb və düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi”.

İlham Əliyev bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsindən dərs çıxarmayıb. “Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib”, - deyə dövlət başçısı vurğulayıb.

“Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi”

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə çox müsbət görüş keçirdiyini deyən Prezident İlham Əliyev onunla ötən il Brüsseldə apardığı danışıqlar haqda da eyni sözü deyə biləcəyini söyləyib. “Brüsseldə keçən ay keçirdiyimiz görüşlə bağlı eyni sözləri deyə bilərəm. Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur”, - deyə o, qeyd edib.

Əliyevin sözlərinə görə, Azərbaycanla Aİ arasında son hadisələrə qədər heç bir problem olmayıb: “Bu, Ermənistana və Azərbaycana nəzərdə tutulan maliyyə paketinin həcmi ilə bağlıdır. Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu, ədalətsizlikdir. Hətta onu deyə bilərəm ki, dekabr ayında Brüsseldə İtaliya jurnalistinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, bu nə dərəcədə ədalətlidir. Yəni, bunu təkcə mən demirəm. Artıq bu Avropa məkanına yayılmış bir məsələdir. Mən bunu ictimai qaydada da dilə gətirmişəm həmişə. Bu, ədalətsizlikdir və bunun izahatı bizə lazımdır. Əgər bu ədalətsizlik həyatda öz əksini taparsa, əlbəttə ki, biz səssiz qalmayacağıq. Bu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərəcək. Ermənistanda bir dənə də bina dağılmayıb. Bizim Livan boyda ərazimiz tamamilə yerlə-yeksan edilib. Bizə cəmi 140 milyon, onlara 2,6 milyard? Hansı əsasla, əsas nədir?! Qoy, izahat versinlər”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Yeni Akit

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az