20.05.2022 11:49
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
MÜSAHİBƏ| Qardaş ölkədən təbii qaz mesajı: ehtiyac olarsa, yardıma hazırıq!

 
 



CNN Türk, Türkiyə
03.02.2022


Müəllif: Halil Kahraman

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “CNN TÜRK” əməkdaşı Halil Kahramanın suallarını cavablandırıb. O, Qarabağ zəfərinin ardından Türkiyə-Azərbaycan əlaqələrini dəyərləndirib, “Türkiyənin təbii qaza ehtiyacı olarsa, yardım göstərməyə hazırıq” deyib.

Türkiyə-Azərbaycan dostluğu model və nümunədir

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “CNN TÜRK”ə danışıb. 44 günlük İkinci Qarabağ müharibəsində Bakıya verdiyi dəstəyə görə Türkiyəyə bir daha təşəkkürünü bildirən diplomat deyib: “Türkiyə-Azərbaycan əlaqələri model hesab olunur. Bu, dövlətlərarası əlaqələrdən daha dərin münasibətdir. Şuşa Bəyannaməsi isə bu əlaqələri siyasi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, dost və qardaş ölkələr üçün nümunədir”.

“Qarabağa Türkiyənin töhfəsi böyükdür”

“44 günlük İkinci Qarabağ müharibəsinə Türkiyənin töhfəsi böyük olub. 84 milyonluq türk xalqının dəstəyi, Türkiyə modelində qurulmuş Azərbaycan Ordusu və başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövlətinin, bütün siyasi partiyaların dəstəyi çox önəmli idi. Bu dəstək Azərbaycan Ordusunun, Azərbaycan xalqının qüdrətini daha da artırıb. Azərbaycan Türkiyə ilə çiyin-çiyinə dayanaraq, 30 il idi işğal altına qalmış torpaqlarını azad edib, 1 milyon qaçqının öz yurd-yuvasına qayıtması üçün şərait yaradıb”, - deyə səfir bildirib.

“Türkiyə mediası Azərbaycanın səsini dünyaya çatdırıb”

Rəşad Məmmədov Qarabağ Zəfərinin qazanılmasında Türkiyə mətbuatının önəmindən də danışıb. “Səsimizi dünyaya çatdırdınız”, - deyə o, qeyd edib: “44 günlük müharibə zamanı tək meydanda deyil, informasiya məkanında da savaşırdıq. Beynəlxaq təşkilatların Azərbaycanda baş verənlərə münasibətini, dünya siyasətçilərinin Azərbaycana qarşı yönəlmiş əməllərini görürdük. Dünya mətbuatının Azərbaycana qarşı apardığı informasiya savaşı ortada idi. O zaman Türkiyə mediası, jurnalistləri yalnız Türkiyədə deyil, bütün dünyada Azərbaycanın haqq səsinə dəstək verib, güllələr altında həyatlarını təhlükəyə ataraq, yaşananların dünyaya çatdırılmasına yardım göstərib. Yanımızda olublar. Düçünürəm ki, İkinci Qarabağ müharibəsi haqda həqiqətlərin dünyaya çatdırılmasında rolu olmuş müxbirlərin, jurnalistlərin, media mənsublarının hər biri o savaşın qaziləridirlər”.

“Yerevan ərazi bötüvlüyümüzü tanımalıdır”

Yaxşı, bəs bundan sonra nə olacaq? Azərbaycan-Ermənistan danışıqlarından nələr gözlənilir?

“Bütün müharibələr sülhlə bitir. Qafqaz regionunda da sülhün bərqərar olması vacibdir”, - deyə diplomat bildiri: “30 il işğal altında qalmış torpaqlarımız azad olunub. Türkiyə-Ermənistan sərhədinin bağlanmasının səbəbi də bu işğal idi. İndi işğala son qoyulub və demək, Qafqaza sülh gəlməlidir. Dövlətlər bir-birinin ərazi bütövlüyünü tanımalı, bundan sonra iqtisadi, mədəni əlaqələr qurulmalı, Qafqazda uzunmüddətli sülh təmin olunmalıdır. Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Biz bu istiqamətdə addımlayırıq, buna çalışırıq. Dəmir yollarının, avtomobil yollarının açılması istiqamətində işlər davam edir”.

“Türkiyə istəyərsə, Azərbaycan göndərə bilər”

Diplomat deyib ki, Türkiyənin təbii qaza ehtiyacı yaranarsa, Azərbaycan bu ehtiyacı qarşılaya bilər. “Azərbaycanın təbii qaz yataqları konsorsium tərəfindən istismar olunur. Türkiyənin “mavi yanacağ”a ehtiyacının artması ilə əlaqədar, Azərbaycandan buraya qaz ixracı planlaşdırılır”, - deyə Rəşad Məmmədov qeyd edib.

“Rusiya ilə Ukrayna arasında barışığa çalışırıq”

Məmmədov Azərbaycanın bölgədə sülh siyasəti yürütdüyünü söyləyib, Rusiya-Ukrayna böhranının savaşa çevrilməməsi üçün əllərindən gələni edəcəklərini bildirib.

“Azərbaycan qonşu dövlətlərdə sülhün olmasını istəyir. Onlardan hər hansının problem yaşamasını, ərazi bütövlüklərinin pozulmasını istəmirik. Bunun üçün Azərbaycan əlindən gələni edəcək. Biz dövlətlər arasında savaşın olmaması, insanların ölməməsi üçün səylərimizi davam etdirəcəyik”, - deyə o, vurğulayıb.

“Qardaş Qazaxıstanda baş verənlərin təkrarlanmayacağına ümid edirik”

Səfir Qazaxıstanda baş verən son olaylara da münasibət bildirib. O, bu ölkədəki böhranın tezliklə tam bitəcəyinə ümid etdiklərini söyləyib: “Qazaxıstan bizim üçün qardaş ölkədir. Biz qan qardaşları, can qardaşlarıyıq. Qazaxıstanın ərazi bütövlüyü, dövlətin dayanıqlığı bizim üçün önəmlidir. Təəssüf ki, orada insanların ölümünə səbəb olan hadisələr yaşandı. Ümid edirik ki, Qazaxıstan dövləti və milləti bu hadisələrin bir daha təkrarlanmaması üçün önəmli addımlar atacaq”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CNN Türk

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az