28.03.2023 21:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
Xankəndidə erməni terror təşkilatının nümayəndəliyi açılıb

 
 



ANAJ, İran
04.02.2022


VOMA terror təşkilatının “Qarabağ qanadı” 300-ə yaxın erməni və kürd əsilli şəxsi əsasən internet vasitəsilə öz sıralarına cəlb edib. Onlar müxtəlif düşərgələrdə təlim keçdikdən sonra İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına qarşı döyüşüblər.

VOMA (“Voxj Mnalu Arvest”) silahlı qruplaşması Ermənistanda fəaliyyət göstərən terror təşkilatlarından biridir. Bu günlərdə Xankəndidə onun nümayəndəliyi açılıb. Livan, Suriya, Kanada, Fransa və bir çox digər Avropa ölkələrindən olan erməni muzdluların VOMA-ya üzv olduqları, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasına qarşı döyüşdükləri haqda xəbərlər öz təsdiqini tapmaqdadır.

Təşkilat həm Yerevandan, həm də dünyanın müxtəlif ölkələrindəki erməni diasporundan külli miqdarda maliyyə dəstəyi alır. Onun ASALA və PKK ilə sıx əlaqələri var. Xüsusilə son iki ildə VOMA Azərbaycan Respublikasına qarşı döyüşmələri üçün davamlı olaraq terrorçular hazırlayıb.

Təşkilat rəsmi saytında Ermənistan hökumətindən heç bir yardım almadığını iddia etsə də, bu, yalandır. Qruplaşmanın Ermənistan hökumətindən ciddi yardım aldığı məlumdur.

Hazırda təşkilata uzun müddət Ermənistan xüsusi xidmət orqanlarında çalışmış, Qarabağ müharibəsində iştirak etmiş Vova Vartanov adlı terrorçu rəhbərlik edir. Özünü Qaregin Njdenin varisi sayan Vartanov erməni diasporunun da imkanlarından yararlanaraq, qruplaşmaya davamlı olaraq yeni üzvlər cəlb edir.

VOMA kimi terror təşkilatlarının Qarabağda mövcudluğuna son qoyulmazsa, Azərbaycan Respublikasının bu bölgədəki hərbçilərinə qarşı təxribatların törədilməyəcəyinə heç kim zəmanət verə bilməz.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az