28.11.2022 08:03
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
“Şimal-Cənub” dəhlizi İranla Azərbaycan arasında daşımaların həcminə əhəmiyyətli təsir göstərəcək

 
 



IRNA, İran
08.02.2022


Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsini istər Tehran, istərsə də Bakı üçün ən mühüm iqtisadi layihələrdən biri sayır. O, hesab edir ki, bu layihənin tamamlanması və bu çərçivədə Astara-Rəşt dəmir yolu xəttinin tikintisi iki ölkə arasında daşımaların, o cümlədən tranzit həcminin artımına ciddi stimul olacaq.

Tofiq Zülfüqarov IRNA-ya açıqlamasında bildirib ki, İran və Azərbaycan dövləti, həmçinin xalqları iki ölkə arasında münasibətlərin, o cümlədən tarixi, etnik, dini və mənəvi əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. “İki ölkə arasında bir müddət əvvəl yaranmış anlaşılmazlıq məhz bu üzdən tez bir zamanda aradan qaldırılıb. Hazırda bu münasibətlər yenidən inkişaf yoluna qədəm qoyub”, - deyə o, qeyd edib.

T.Zülfüqarov İran prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi yeni hökumətin, eləcə də Azərbaycan tərəfinin iqtisadi əməkdaşlığı daha da genişləndirmək əzmində olduqlarını vurğulayıb, bunun davam edən bir sıra layihələrin tamamlamasına imkan verəcəyini deyib.

Sabiq nazir Azərbaycanın Zəngəzur dəhlizinin açılması, eyni zamanda, ölkənin işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun yaradılması istiqamətində işləri davam etdirdiyini xatırladıb: “Məlum olduğu kimi, keçmiş Sovet İttifaq dövründə İranla SSRİ arasında Culfa-Culfa dəmir yolu xətti var idi. O vaxt bu marşrutla böyük həcmdə yük daşınırdı. Zəngəzur dəhlizinin, o cümlədən qeyd olunan dəmir yolunun açılması ilə region iqtisadiyyatında əhəmiyyətli canlanma olacaq. Azərbaycan bu istiqamətdə işləri davam etdirir, lazımi nəqliyyat infrastrukturu qurur. Maraqlıdır ki, son vaxtlar Ermənistan da bununla bağlı müsbət mövqe nümayiş etdirir”.

“Fikrimcə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin işə düşməsi, həmçinin Zəngəzur dəhlizinin açılması ilə həm Azərbaycan, həm İran, həm də “Şimal-Cənub” dəhlizi üzərində yerləşən digər ölkələr böyük iqtisadi gəlir əldə etməyə başlayacaq”, - deyə Tofiq Zülfüqarov bildirib.

Zəngəzur Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvanla birləşdirməli olan yoldur. Onun açılması Sovet İttifaqı dövründə mövcud olmuş ənənəvi marşrutun bərpası demək olacaq. SSRİ dövründə Azərbaycanla Ermənistan müttəfiq respublikalar olduğundan, bu marşrutdan davamlı istifadə edilib. O zaman Bakı Naxçıvana məhz Zəngəzur yolu ilə bağlanırdı. Hazırda tərəflər bu yolun bərpası üçün danışıqlar aparır. Bu yolun açılması Azərbaycan, Rusiya və Ermənistanrəhbərləri arasında 10 noyabr 2020-ci ildə imzalanmış və İkinci Qarabağ müharibəsinə son qoymuş üçtərəfli bəyannamənin müddəalarından biridir.

İranın Fars körfəzi ilə Qara dəniz arasında nəqliyyat əlaqəsinin açılmaşı təşəbbüsündən də danışan sabiq nazir deyib: “Fikrimcə, Rəşt-Astara dəmir yolu çox əlverişli marşrut olacaq”.

Zülfüqarov ölkəsinin ümumiyyətlə, nəqliyyat infrastrukturuna ciddi investisiyalar yatırdığını, hazırda Azərbaycanla Gürcüstan arasında yüksək səviyyəli kommunikasiya xətlərinin olduğunu xatırladıb: “Nəqliyyat marşrutları nə qədər çox olarsa, bu, region ölkələrinə o qədər çox fayda verər”.

Bununla yanaşı, hazırda Azərbaycan üçün əsas prioritetlərdən biri işğaldan azad olunmuş ərazilərin bərpasıdır. “Bu prosesdə İran şirkətlərinin də iştirakı üçün yaxşı imkanlar var”, - deyə o, vurğulayıb. Azərbaycanın İranla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyən Zülfüqarov fikrini belə davam etdirib: “İran İslam Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biri region ölkələri ilə əməkdaşlığı daha yüksək səviyyədə qaldırmaqdır. Müxtəlif sahələrdə əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. İki dost ölkənin siyasi rəhbərliyi münasibətlərdə ötən il yaşanmış anlaşılmazlığı aradan qaldırmağa çalışır. Müxtəlif sahələrdə əməkdaşlıq gələcəkdə oxşar halların təkrarlanmasına imkan verməyəcək. Sevindirici haldır ki, İranın yeni hökuməti də iki ölkə arasında yaranmış bu problemlərin tez bir zamanda aradan qaldırılması istiqamətində ciddi addım atıb və əməkdaşlığın genişləndirilməsinə zəmin yaradıb”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az