Müəllif: Hakan Karagöz
Yer üzündəki dövlətlər və xalqlar arasında Türkiyə ilə Azərbaycanın qardaşlığı qədər səmimi münasibət yəqin ki, yoxdur. İki ölkənin xalqları “bir millət, iki dövlət” şüarına uyğun olaraq, sevincdi də, kədəri də hər zaman bölüşür.
Türkiyə-Azərbaycan qardaşlığı 2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam etmiş İkinci Qarabağ müharibəsi zamanı özünü bir daha göstərib. Bu müqəddəs savaş zamanı dövlətimiz və millətimiz “Can Azərbaycan”a və onun müzəffər ordusuna maddi-mənəvi dəstəyini əsirgəməyib.
Amma bizim yardımlaşmamız bununla məhdudlaşmır. Qardaşlığımız özünü 1915-1923-cü illərin “alovlu günlər”ində də göstərib. 1915-ci ilin Çanaqqala savaşında azərbaycanlı könüllülər Anadoludakı qardaşları ilə çiyin-çiyinə verərək cihad edib, bu zaman 500-dən çox soydaşımız şəhid olub. Bakıda bu gün də hər il “Çanaqqala Zəfərinin Anım Günü” qeyd olunur.
Azərbaycan türkləri 1915-1917-ci illər arasında erməni qəddarlığı ilə üz-üzə qalmış anadolu əhalisinə də “qardaş köməyi” göstərib, məzlum xalqa yardım edib, yetim uşaqlara sahib çıxıb.
1918-ci ilin mayında isə Çar Rusiyasının dağılması ilə Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdu. O zaman hərbi cəhətdən hazır olmayan qardaş dövlət dərhal ermənilərlə rusların hücumlarına məruz qalmışdı. Bu zaman Azərbaycan Türkiyədən yardım istəmiş, bu istəyə cavab olaraq Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu dərhal Azərbaycana yadrıma göndərilmişdi. Azərbaycanlı və dağıstanlı könüllülərlə də güclənən qəhrəman ordu 1918-ci il sentyabrın 15-də Bakını işğaldan azad etmişdi. Xilaskar ordumuz bu savaşda 1130 şəhid verib. Bu gün Bakı şəhərinin ən yüksək nöqtəsində onların xatirəsinə ucaldılmış abidə var.
Azəraycan Cümhuriyyəti İstiqlal savaşımızın getdiyi 1919-1922-ci illərdə də Ankara hökumətinə qeyd-şərtsiz dəstək verib, ona neft başda olmaqla, hər cür yadrım göstərib.
Azərbaycanın müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bu yana münasibətlərimiz getdikcə möhkəmlənir. Allah millətimizi və dövlətlərimizi qorusun.
(Türk dilindən tərcümə - WorldMedia.Az)