10.06.2023 02:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

  Azərbaycan: Avropa İttifaqı üçün etibarlı və sınanmış tərəfdaş
 
21.02.2022
Eureporter, Aİ
 

 
 
Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı

 
 



Haber7, Türkiyə
16.04.2022


ABŞ və Avropadan Türkiyə istehsalı olan “Bayraktar TB2”lərlə bağlı təriflərin gəldiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev Avropanın Türkiyə dronları ilə bağlı riyakarlığına etirazını bildirib.

Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlarda “Bayraktar TB2” dronları müqavimətin rəmzinə çevrilib. Yerli xalq onlara mahnılar qoşur, ev heyvanlarına “Bayraktar” adı verir.

Baydenə “Bayraktar TB2” məktubu

Ötən günlərdə ABŞ Nümayəndələr palatasının üzvləri prezident Co Baydenə ünvanladıqları məktubda Ukraynanın “Bayraktar TB2” və ona bənzər pilotsuz uçuş aparatları ilə təmin olunmasının vacibliyini bildiriblər. Məktubda deyilir ki, “TB2”lər Rusiyanın təchizat xətlərinin kəsilməsinə, mühasirə taktikalarının pozulmasına imkan verəcək”.

Ötən həftə isə İngiltərənin baş naziri Boris Conson NATO və G7 toplantılarının ardıncan keçirdiyi mətbuat konfransında “Bayraktar TB2”nin ünvanına tərif yağdırmışdı.

Türkiyəyə məxsus dronlara dünya miqyasında tərif yağdırıldığı bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyev Avropanın “Bayraktar”larla bağlı riyakar yanaşmasını sərt şəkildə tənqid edib.

Əliyev: “Bu, ikili standartdır”

İlham Əliyev Türkiyə dronlarının Rusiya-Ukrayna savaşında olduğu kimi, İkinci Qarabağ müharibəsində də önəmli rol oynadığını xatırladıb. “Biz torpaqlarımızı işğaldan azad edəndə bunu ölüm silahı kimi qələmə verirdilər. İndi isə Rusiya-Ukrayna müharibəsində bunu mələk adlandırırlar. İkili standartlar budur”, - deyə Azərbaycanın dövlət başçısı bildirib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Haber7

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az